“Sabah”ın yay planı bəllidi - AÇIQLAMA

19.05.2023 10:00 284
Aktual / Ölkə futbolu
Avrokuboklara vəsiqəni təmin edən "Sabah" növbəti mövsümün planlarını cızır. Artıq bu yöndə addımlar da atılıb.

"Football-plus.az" saytı olaraq daha detallı bilgi əldə etmək üçün "bayquşlar"ın sözçüsü Elnur Həmidovla əlaqə saxladıq. Onun söylədikləri belə oldu:

"Komanda növbəti mövsümün hazırlığına iyunun 21-də Bakıda başlayacaq. Bakı toplanışı çərçivəsində 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

İyulun 6-da isə Avstriyaya yollanacağıq. Orda 3 yoxlama oyunu keçiriləcək. Qarşıdakı günlərdə ictimaiyyətə daha detallı məlumat veriləcək".


ABDULLA İSMAYILOĞLU