• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kapitana özünə yeni komanda tapmağa icazə verildi

Dünya futbolu

21-07-2023, 23:0

Yəqin ki, Uqo Lyorisin əvəzinə kimisə “Tottenhem”in qapısında təsəvvür etmək praktiki cəhətdən mümkünsüzdü.

"Football-plus.az" xəbər verir ki, o, “Lion”dan London klubuna 2012-ci ilin Avropa çempionatından dərhal sonra keçib – bəli-bəli, belə uzaq vaxtda!
Belə görünür ki, daha bir sevgi dastanının sonuna çatmışıq.

Lyoris həqiqətən “Tottenhem”i tərk edir?
Hər şey buna doğru gedir. Lyoris mövsümöncəsi toplanışa “Tottenhem”ə başlasa da, Asiya-Sakit Okean turnesinə yollanan 28 oyunçunun siyahısına salınmadı. Klub xəbər verir ki, 36 yaşlı qapıçı “karyerasını davam etdirmək baxımından mümkün variantları öyrənmək üçün qalır”. Lyoris özü hələ iyunda belə duruma işarə vurmuşdu: “Vacib məqama yaxınlaşırıq – həm mən, həm də klub. Bu bir epoxanın sonudu. Nəsə başqa iş görmək istəyərdim, odu ki, mümkün variantlara baxmağa hazırlaşıram”.

“Tottenhem” iyulda “Vest Hem”, “Lester” və Sinqapur klubu “Layon Siti Seylors” ilə yoldaşlıq oyunu keçirəcək. Yeni baş məşqçi Ange Postekoğlu ilə, ancaq çoxillik kapitanı olmadan.

Lyorisin hansı variantları var?
Dünya çempionatında Argentina ilə final Lyorisin Fransa yığmasındakı son oyunu oldu, Montielin qızıl penaltisi isə sonuncu oyun məqamı. Yığmanı oyun sayına görə rekordçu (145) qismində tərk edən qapıçı, hər halda, kapitan kimi dünya kubokunu başı üzərinə qaldırıb – 2018-ci ildə “Lujniki”də. Lyorisi irəlidə futbolçu karyerasının son illəri gözləyir, özü də istisnasız klub səviyyəsində. “Tottenhem”lə müqavilənin müddəti 2024-cü ilin yayına qədərdi. Qapıçıya artıq Səudiyyə Ərəbistanından maraq göstərirlər: “The Times” onun təklif aldığını xəbər verir. Daha bir maraqlı variant, çox gamn, Andre Onana ilə vidalaşacaq “İnter”lə bağlıdı. İtaliya klubu ona əvəzedici kimi Lyorislə yanaşı, Keylor Navasın və Yan Zommerin də namizədliyini nəzərdən keçirir. “Neradzurra”nın növbəti namizədi “Şaxtyor”un qapıçısı Anatoli Trubindi.

Lyoris üçün mövsümü zədə korladı
“Tottenhem” 2023-cü ilin fevralından aprelinə qədər Lyorissiz oynadı. Klub bu müddətdə “Çelsi”ni məğlub etsə də, məsələn, “Lester”ə 1:4 uduzdu və “Milan”la dueldə məğlub olub Çempionlar Liqasında mübarizəni dayandırdı. Premyer-liqada mövsümün son 6 oyunu da kapitansız keçdi. Lyoris əvvəlcə diz bağlarını müalicə etdirdi, mövsümün sonunda isə omba zədəsi üzündən sıradan çıxdı. Faktiki fevralın əvvəlindən bəri cəmi 4 oyun keçirdi. Demək olmaz ki, Lyoris son 11 ildə “Tottenhem”in heyətində çox oyun buraxıb. Ancaq zədələrin xarakteri müxtəlif olub. Yeri gəlmişkən, Lyoris nadir hallarda bir aydan artıq meydandan kənarda qalıb. Uzaqbaşı 2019-un payızında sərt şəkildə yerə düşəndən sonra aldığı dirsək zədəsini xatırlamaq olar. Onda əməliyyat olunmaq və üç ay yaşıl meydandan kənarda qalmaq lazım gəldi.

Seyv sayına görə premyer-liqa tarixinin altıncısıdı
Təbii ki, Uqo Lyoris bütün hallarda “Tottenhem”in əfsanəsidi. Buna əmin olmaq üçün quruca rəqəmlərə baxmaq da kifayətdi.
• O, komandanın heyətində 447 oyun keçirib. Bu göstəricidə qapıçını 7 nəfər qabaqlayır, sadəcə, onlardan heç biri 21-ci əsrdə oynamayıb.
• Lyoris “Tottenhem”in heyətində 151 “quru” oyun keçirib ki, bunların da 127-si premyer-liqaya təsadüf edib. Peter Şmeyhelə çatmaq üçün yalnız bir oyun bəs etmədi.
• Lyoris seyv sayına görə premyer-liqada 6-cı yeri tutur, minə çatmaq üçün daha 14 seyv etmək lazım idi. Yalnız Tim Hovard, Petr Çex, Lukaş Fabyanski, David De Xea və Ben Foster bu göstəricidə fransalı qapıçını qabaqlayır.
Lyoris və De Xea “top-6”nın ən sabit qapıçılarıdı
Son 10 mövsümdə “Mançester Yunayted”lə “Tottenhem”də, ümumiyyətlə, kimin əsas qapıçı olmasıyla bağlı sual yaranmayıb – müntəzəm şəkildə De Xea ilə Lyoris oynayıb. İspaniyalı bu müddətdə premyer-liqada 358, fransalı isə 334 oyun keçirib. Bu da çox maraqlı təsadüfdü ki, ikisi də klubunu eyni “transfer pəncərəsi”ndə tərk edir. De Xea artıq azad agentdi.
“Top-6”ya daxil olan başqa klublarda göstəricilər bir qədər fərqlidi.
• “Mançester Siti”də son 6 mövsümdə Ederson şəksiz 1 nömrədi, ona qədər isə Co Hart, Klaudio Bravo və Villi Kabalyero qapını qoruyub.
• “Arsenal”da tez-tez Voytsex Şçensnı ilə David Ospina qapını qoruyurdu, ardından üç mövsüm Petr Çex “at oynatdı”, sonra elə bu qədər Bernd Leno özünü göstərdi. Son iki mövsümdə isə “çərçivə” Aaron Remsdeylə tapşırılır.
• “Liverpul”da həmin vaxtdan bəri 5 mövsüm Simon Minyole oynayıb, bəzən Loris Kariusla birgə. Və ondan sonra 5 mövsümü komanda Alissonla keçirib (bəzi oyunlarda onu Adrian əvəz edib).
• “Çelsi”də Petr Çex karyerasını bitirib, start heyətində yerini Tibo Kurtuaya verib. Ardından Kepa Arrisabalaqa alınıb, hələ londonluların qapısını Eduar Mendi də qoruyub.

Lyorisin əvəzinə kim oynayacaq?
Yazda şayiə gəzirdi ki, “Tottenhem” Cordan Pikfordu gözdən keçirir, ancaq “Everton” premyer-liqanı tərk edərsə, onu almağa çalışacaq (liverpullular qaldı və məsələ gündəmdən düşdü). MY buraxarsa, digər namizəd Din Henderson idi. Nəticədə “Tottenhem” 20 milyon avro ödəməklə “Empoli”dən ucaboy (194 santimetr) Qulyelmo Vikarionu götürdü. Qısa xarakteristika: italiyalı 2021/22 mövsümündə top-liqalarda seyv sayına görə 1-ci, ötən mövsüm qol imkanlarının qarşısını almağa görə İtaliyada 3-cü olub, həmçinin seyf faizinə (73,9%) görə 4-cü yeri tutub. Mütəxəssislər onun reaksiyasını və duyumunu xüsusi qeyd edir.

Daha bir vacib məqam – Postekoğluya “Tottenhem”də ayaqlarla oynamağı və ötürmə verməyi bacaran qapıçı lazımdı. Lyoris bu rola Vikario qədər uyğun gəlməyəcəkdi. Və artıq getməyə məcburdu. Ancaq belə uzun və möhtəşəm karyeranın sonunda “Nyukasl”dan 1:6 hesablı məğlubiyyətin (ilk yarıda 5 qol buraxan fransalı qapıçı fasilədə əvəzləndi) alınması tam ədalətsizlikdi. Final qətiyyən belə olmamalıydı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-05-2023, 17:0

London klubunu tərk edəcək

Dünya futbolu

18-05-2023, 19:0

London klubunu tərk edəcək

Çempionlar Liqası

11-02-2023, 20:0

ÇL matçı əsas qapıçılarsız keçəcək

Dünya futbolu

12-08-2022, 13:0

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Dünya futbolu

12-01-2023, 16:0

Lyoris yığmadan ayrıldı

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 180
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə