• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Təzadlı PSJ və başqaları... – MÖVSÜMÜN YEKUNU

Dünya futbolu

19-07-2023, 20:0

Adətən, çempionlar haqda pis heç nə demirlər. Ancaq PSJ təzadlı komandadı. Fransa daxilində qazanılan titullar artıq heç kimi maraqlandırmır. Hər kəs Çempionlar Liqasında uğura köklənib. Ancaq Kristof Qaltye də bunu bacarmadı.

"Football-plus.az" xəbər verir ki, artıq istefaya göndərilən baş məşqçi mövsüm boyunca çalışdı ki, komanda mexanizm kimi çalışsın, futbolçular ehtirasla hədəflərə çatmaq uğrunda mübarizə aparsın. Parislilər ÇL-in 1/8 finalında “Bavariya”ya uduzub mübarizəni dayandırandan sonra klub bossları düşündülər ki, baş məşqçini qovmağa ehtiyac yoxdu. Hərçənd PSJ-ni bu heyətlə adi bədən tərbiyəsi müəllimi də çempion edə bilərdi. Komanda son nəticədə tarixində 11-ci dəfə çempion ola bildi. 1-ci yerlə 2-ci yer arasındakı xal fərqi isə cəmi 1-ə bərabər oldu. Sonra kimsə düşünəcək ki, çempionluq yarışında hansısa intriqa olub. Əslində PSJ çempionluğu təmin edəndən sonra “Lans”a bu qədər yaxınlaşmaq imkanı yaratdı.

Parislilərin daxili arenada da böyük problemlərlə üzləşdiyi bölümlər oldu. Düzdü, əvvəlki mövsümlərdə başqa məşqçilərlə də belə problem yaşanırdı. Ancaq onda söhbət çempionatdakı rəqiblərin qiymətləndirilməməsindən gedirdi. Bu dəfə isə PSJ həqiqətən də bəzi oyunlarda rəqiblərinə məhz futbol komponentləri baxımından uduzurdu, psixoloji baxımdan yox. Mbappeyə Liqa 1-də oynamaq artıq mənasız görünür, Neymar zədə üzündən hədsiz tez sıradan çıxdı, Messi ilə Verratti isə mövsümün 2-ci bölümünü yola verdilər. Bu, qətərli sahiblərin dövründə ən pis PSJ-di. Bununla belə, həm də çempiondu.

Liqa 1-in son mövsümünün sevindirici məqamlarından biri ÇL-ə qalan vəsiqələr uğrunda amansız mübarizənin getməsidi. Özü də 2-ci və 3-cü yeri tutmaq arasında prinisipial fərq var idi. 2-ci yer birbaşa qrupa vəsiqə qazandırırsa, 3-cü yeri tutan təsnifat mərhələsini adlamalıdı ki, bu da asan deyil. Bu üzdən iddialı klubların əksəri gözünü 2-ci pilləyə dikmişdi. Bu məsələdə sabitlik həlledici rol oynadı. “Lans”, “Loryan”, “Marsel”, “Monako” və “Loryan” bu yerə iddiasını gizlətmirdi. “Loryan” nağılı qış “transfer pəncərəsi”ndə - Moffi ilə Uattara kimi ulduzlar gedəndə bitdi. Tədricən “Loryan” da gerilədi və mövsümün ilk yarısında topladığı xal ehtiyatı sayəsində 10-cu oldu. “Lans” isə inadkarlıq göstərdi. Mövsümün müəyyən məqamlarında “qan-qırmızılar”ı “Monako” və “Renn” arxada qoydu, “Marsel” də təzyiqini davam etdirdi. “Lans” mövsümün finişini fantastik keçirdi. Komanda son 12 oyunun 11-də qələbə qazandı ki, belədə “Marsel”in, sadəcə, əllərini yanına salmaqdan başqa çarəsi qalmadı.

Frank Hayz tam haqlı şəkildə mövsümün ən yaxşı məşqçisi sayıldı. “Lans” gözəl təşkil olunmuş komandadı, ulduzları yoxdu, amma balanslaşmış heyətə malikdi, işə savadlı yanaşma və köklənmə nəticə verən hücum futbolunu şərtləndirir.

“Marsel” isə ÇL-də mübarizəyə təsnifatdan başlayacaq və bu mərhələni keçmək potensialı var. Həm yetərincə təcrübəlidi, həm də heyətdə ulduzlar var. Cənublular oyuna lazımi şəkildə köklənəndə parlaq təsir bağışlamağı bacarırlar.

Fransanın Avropa Liqasındakı təmsilçiliyi də maraqlıdı. Məsələn, “Renn”ə ÇL-ə vəsiqə qazanmaq üçün yalnız sabitlik çatmadı. Komanda yalnız mövsümün sonuna yaxın toparlandı ki, bu da 4-cü yeri tutmağa imkan verdi. Son 4 turda 4 qələbə Bruno Jenezionun yetirmələrini hədəfə çatdırdı.

“Renn” son mövsümdə iddialı oyunla yadda qaldı, hücumda parlaq ifaçılar var, bununla belə, istənilən futbolçudan təhlükə gözləmək olar. Mövsümün müəyyən məqamlarında gah bu, gah da digər futbolçu məsuliyyəti boynuna götürürdü. Fransanın AL-dəki digər təmsilçisi mövsümü, ümumiyyətlə, 13-cü yerdə bitirib. Ancaq onun avrokuboklardakı startını səbirsizliklə gözləmək olar. Ona görə ki, “Tuluza” Avropanın ən maraqlı komandalarından biridi. Söhbət komandanın maraqlı oyun göstərməsindən gedir. Pressinq, yüksək intensivlik, ağlasığmaz zərbələr və qollar. “Tuluza” ölkə kubokunun finalında “Nant”ın külünü göyə sovurdu və tarixə düşdü. Axı indiyə qədər bu komanda titul qazanmamışdı.

“Renn”dən cəmi 1 xal geri qalan “Lill” Fransanı Konfrans Liqasında təmsil edəcək. Hər halda, mövsümün əsas uğursuzlarına – “Monako” ilə “Lion”a baxanda bu da bir nəticədi. “Knyazlar” mövsümün sonluğunu inanılmaz şəkildə boşa verdi. “Lion”, “Renn” və “Tuluza” ilə oyunlarda qeydə alınan ardıcıl üç məğlubiyyət “avrokubok zonası”ndan kənarda qalmaqla nəticələnməliydi ki, elə nəticələndi də. “Lion”a gəlincə, “şirlər” mövsüm boyunca 10-cu yer zonasında var-gəl etdilər. Komanda gah hamını təəccübləndirən dərəcədə parlaq oyun göstərir, gah da adi bir rəqiblə qarşılaşmada fiasko yaşayırdı. Sonda 7-ci yer tam məntiqli nəticədi.

Bildiyiniz kimi, Fransada elitada 20 komandanın olmasına ehtiyac duyulmadı və artıq iştirakçı sayı 18-ə endirilib. Bu üzdən Liqa 1-dən 4 komanda ayrılmalı, onları aşağı dəstədən ikisi əvəz etməliydi. Məhz bu məqam son tura qədər elitada qalmaq uğrunda amansız mübarizənin getməsini şərtləndirdi.

Əvvəlcə “Anje” büdrədi. Bu komanda erkən sonuncu yeri “təminat altına aldı” və rəqiblərdən çox geri düşdü. Qalan üç arzuolunmaz vəsiqəyə isə 6 komanda “iddialı idi”. Mövsüm sona yaxınlaşanda “Strasbur”la “Brest” yaxşı nəticələri sıralayıb “təhlükəli zona”dan uzaqlaşdı. Eyni zamanda “Ayaçço” ilə “Trua” “əyləci basaraq” “Anje” ilə tale yoldaşı oldular. Mövsümün sonunda bütün intriqa “Nant”la “Oser”in taleyi ətrafında cərəyan edirdi. Fransa kubokunun finalına qədər irəliləyən “bülbüllər” ötənilki möcüzəni təkrarlaya bilməyərək “Tuluza”ya uduzdular. Və bu məğlubiyyət onları hövsələdən çıxardı. Həqiqət anı 38-ci turda yetişdi. “Nant” ümidsiz “Anje” üzərində qələbə qazandısa, “Oser” turnir vəzifəsinin öhdəsindən gələn, amma rəqibə kömək etmək istəməyən prinsipial “Lans”a uduzdu. Beləliklə, aşağı dəstəyə “Oser”, “Ayaçço”, “Trua” və “Anje” yollandı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-04-2023, 20:0

Qaltye üçün son iki şans

Dünya futbolu

28-05-2023, 11:0

"Lans" 24 ildən sonra

Dünya futbolu

22-05-2022, 17:0

Çempionlar Liqasında 8-ci dəfə çempion oldular

Dünya futbolu

23-03-2023, 18:0

Qaltyenin yerini kim tuta bilər?

Dünya futbolu

7-07-2023, 18:0

Qaltye yerini Luis Enrikeyə verdi

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 18:53
    "Araz-Naxçıvan" "İmişli"yə qarşı - YENİLƏNİR
  • Bu gün, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Bu gün, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Bu gün, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Bu gün, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Bu gün, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Bu gün, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Bu gün, 14:55
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Bu gün, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Bu gün, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Bu gün, 13:22
    Amsterdamda qərar tutdu
  • Bu gün, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Bu gün, 12:30
    “Barselona”nı tərk etdi
  • Bu gün, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Bu gün, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Bu gün, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Bu gün, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Bu gün, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Bu gün, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 203
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 135
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə