• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona” altı futbolçu ilə vidalaşmağın yollarını axtarır

Dünya futbolu

19-07-2023, 19:0

Maliyyə çətinliklərinə baxmayaraq, “Barselona” “transfer bazarı”nda fəal şəkildə çalışır.

“Football-plus.az” xəbər verir ki, Kataloniya klubu iyulun ortalarına qədər artıq İlkay Gündoğan, Vitor Roke və İnyiqo Martinesin transferini tamamlayıb. Klub prezidenti Xuan Laportanın dediyinə görə, “blauqrana” yalnız bu oyunçularla kifayətlənmək istəmir. Ancaq yeni transferlərin reallaşması üçün “Barsa” indiki oyunçulardan bir neçəsi ilə vidalaşmalıdı. “Diario Sport” iddia edir ki, klub ABŞ-da keçirəcəyi mövsümöncəsi turneyə qədər aşağıda adı çəkilən altı futbolçunu ya satmaq, ya da icarəyə vermək istəyir.

Kleman Lanqle

“Barselona” və “Tottenhem” hazırda çalışırlar ki, müdafiəçi daimi əsasda İngiltərəyə köçə bulsin. “Mahmızlar”ın adı çəkilən futbolçuya görə 10 milyon avro ödəməyə hazır olduğu güman edilir, ancaq kataloniyalılar daha artıq qazanmaq niyyətindədi.

Niko Qonsales

Niko müntəzəm oyun vaxtı qazanmaq üçün icarəyə yollanacaq. İndiki məqamda gənc yarımmüdafiəçi üçün ən real görünən “dayanacaq” “Portu”du. Ondan həmçinin Oriol Romeonun transferində vasitə kimi yararlana bilərlər, yəni Nikonun La Liqada qalması da mümkündü.

Pablo Torre

Gənc yarımmüdafiəçi “Jirona”ya icarəyə verilməyə çox yaxındı. Pablo Torrenin komanda ilə birgə ABŞ turnesinə yollanmayacağı dəqiqdi. Xavi ona bel bağlamadığından, klub futbolçunu icarəyə verməyə hazırlaşır. Xatırladaq ki, Torre “Barsa”nın əsas komandasına ötən il “Rasinq”dən 5 milyon avroya transfer olunub, ancaq gənclər komandasının oyunçusu kimi qeydiyyatdan keçib. O, Xavinin rəbrərlik etdiyi komandanın heyətində ötən mövsüm keçirdiyi 13 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Frank Kessye

Kessyenin gələcəyi dumanlı görünür. Çünki Kot d”İvuardan olan futbolçu “Barsa”nı tərk etmək istəmir. Bununla belə, yaxşı təklifləri də dinləməyə hazırdı. İtaliyanın bəzi klubları adı çəkilən futbolçu ilə maraqlansalar da, onun üçün 10 milyonda artıq pul ödəməyə hazır deyillər.

Aleks Kolyado

“Barselona” Kolyado ilə müqaviləni pozmağı planlaşdırır. “Betis” isə bunun fərqindədi və onu azad agent kimi heyətinə qatacağı anı sevinclə gözləyir.

Xulian Arauxo

Meksikalı futbolçunun “Las-Palmas”a icarəyə veriləcəyi gözlənilir. Bu komandanı yeni mövsümdən “Barsa B”nin əvvəlki baş məşqçisi çalışdıracaq. Bu məqam müdafiəçinin seçimində həlledici rol oynaya bilər. Arauxo indiki məqamda “Barsa”nın mövsümöncəsi toplanışına köklənib, ancaq Xavi istəyir ki, futbolçu Avropanın bir başqa komandasında oyun təcrübəsi qazansın.

Bernardo Silva yox, Lo Çelso

Baş məşqçi Xavi Ernandes yeni mövsüm ərəfəsində komandaya daha bir yeni və kreativ yarımmüdafiəçi cəlb etmək istəyir. Əslində Bernardo Silva “Barsa”nın əsas hədəfi idi, ancaq gündən-günə bu transfer mümkünsüz görünür. Bu üzdən rəhbərlik indi də gözünü “Tottenhem”dən Covanni Lo Çelsoya dikib. Argentinalı son mövsümyarımı La Liqada, konkret “Vilyarreal”da keçirib, odu ki, Xavinin gözündə münasib namizəddi. Lo Çelsonun kataloniyalılara 25 milyon avroya başa gəlməsi gözlənilir.

Gündoğan Barselonada təqdim olundu

Girişdə vurğuladığımız kimi, “Barselona”nın bu yaydakı ən möhtəşəm transferi İlkay Gündoğandı. Kataloniya klubu MS-nin heyətində trebl edən türk futbolçunu heyətinə qata bildi. Almaniya yığmasının iyundakı oyunlarında iştirak etdiyinə görə haqq etdiyi məzuniyyətdən yararlanan yarımmüdafiəçi şənbə günü Barselonaya gedib. İnternetdə İlkayın hava limanında klub əməkdaşları tərəfindən necə qarşılanması ilə bağlı videolar yer alıb. Bir detal fanatların diqqətini daha çox cəlb edib – futbolçu təyyarədən enərkən əynində kataloniyalıların məxsusi köynəyi olub. Ardından klub ofisində yarımmüdafiəçi üçün fotosessiya təşkil olunub, o özü də fanatlara kiçik videomüraciət ünvanlayıb: “Ey, kules! Bu İlkay Gündoğandı. Nəhayət, burda, “Barselona”da olduğuma və sizlə birləşdiyimə görə çox xoşbəxtəm. Yeni mövsümü və ilk oyunu səbirsizliklə gözləyirəm”.

İlkay klub saytına açıqlamasında birlikdə oynayacağına daha çox sevindiyi üç futbolçunun da adını çəkib. Bunlar Robert Levandovski, Mark-Andre ter Ştegen və Pedridi. Gündoğan 2011-14-cü illər aralığında Levandovski ilə Dortmund “Borussiya”sında oynayıb. Onların birlikdə keçirdiyi oyunların sayı 77-yə bərabərdi. Bundesliqanın qalibi olublar (2011/12), ölkə kubokunu (2011/12) və Superkubokunu (2013/14) qazanıblar.

Ter Ştegenə gəlincə, qapıçı İlkayla birgə Almaniya yığmasının şərəfini qoruyur. Nəhayət, 32 yaşlı futbolçunun gələn mövsüm Pedri ilə birgə necə oynayacağı da maraq doğurur. Şübhəsiz, ikisi də orta saəhədə hücum əməliyyatları ilə məşğul olacaq.

Artıq dünən İlkay “blauqrana”nın yeni oyunçusu kimi ictimaiyyətə təqdim olunub. “Barsa”nın başqa yığma oyunçuları da düşərgəyə dönüb. Komandanı qarşıda ABŞ turnesi gözləyir. Mövsümlərarası toplanışın ilk yoldaşlıq oyununda rəqib “Yuventus” olacaq. Turinlilərlə oyun iyulun 22-də Kaliforniyada keçiriləcək.

Laporta artıq çəkidən əziyyət çəkir

“Barselona”nın prezidentisənsə, deməli, daim diqqət mərkəzindəsən. Ancaq klubun rəhbəri bu dəfə futbolla bağlı fəaliyyətə görə gündəmdə deyil. Prezidentin müşaviri Enrik Masip onun artıq çəki problemindən danışıb: “Çoxları deyir ki, baxın, necə də kökdü...” Ancaq o kluba gəldiyi gündən bəri stress böyükdü. Komanda üç il çempionluğa həsrət qalmışdı. Mən prezidentin yanında olanda çox şeyə nəzarət edirəm. Ona deyirəm ki, “koka-kola” içmə, dərhal qabağından şirniyyatı yığışdırıram. Özümü atamla olduğu dərəcədə sərt aparıram, ona görə ki, Xuanla gözəl şəxsi münasibətlərimiz var. Onun qayğısına qalmağa çalışıram. Hər dəfə deyirəm ki, gəzmək lazımdı. Birlikdə idmanla da məşğul oluruq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-07-2023, 17:0

“Barselona” kimlərdən qurtulmağa çalışır?

Dünya futbolu

28-06-2022, 17:0

"Braselona"nın prezidenti Levandovski ilə telefonla danışdı

Dünya futbolu

8-07-2022, 23:0

"Barselona"nın futbolçusu "Tottenhem"də

Dünya futbolu

5-08-2022, 14:0

De Yonqun adı ətrafında transfer dastanı - TƏHLİL

Dünya futbolu

4-05-2022, 16:0

"Barselona" müdafiəçisi ilə yollarını ayıra bilər

Dünya futbolu

17-04-2023, 20:0

“Barselona”dan nə yeni xəbər var?

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Bu gün, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Bu gün, 17:06
    Fransaya qayıtmayacaq
  • Bu gün, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Bu gün, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Bu gün, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Bu gün, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 234
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə