Mayk Din karyerasını başa vurub. Məşhur ingiltərəli futbol hakimi bundan sonra rəsmi oyunlarda görünməyəcək.
“Football-plus.az” xəbər verir ki, bu məlumatı İngiltərədə hakimliyə cavabdeh olan PGMOL təşkilatı yayıb.
Qeyd edək ki, Din 2000-ci ildən premyer-liqa oyunlarına təyinat alıb. 55 yaşlı referi bu liqada 553 oyun idarə edib. Müvafiq qurumun onunla bağlı yaydığı məlumatda belə bildirilir: