• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azər Məmmədovun kirvəsi, yoxsa Həsənağanın qohumu? - KÖŞƏ

Manşet / Yazarlar

19-07-2023, 11:0

“Papaq” kimi tanıdığımız, əsl adı “Evlənmək istəyirəm” filmində bir epizod var.

Mirzə Səfərin işlədiyi dəftərxanaya Həsən ağanın qardaşıoğlu daxil olur və mirzəyə deyir ki, Parisdən dünən qayıdıb, onun kağızı təcili yazılıb verilməlidi. Onu bir qədər danışdırandan, and içdirəndən sonra Mirzə Səfər də gözünü kağızdan ayırmadan deyir ki, “neynəyim Həsən ağanın qohumusan? Gəl, min boynuma!” Rəhmətlik Əbdürrəhim bəy Haqverdiyev bu ölməz əsəri bir əsr bundan əvvəl yazıb, düşünüb ki, dövrünün acı reallıqlarını satira diliylə tənqid etsin. Ümid edib ki, düzələcək. Amma bir əsr keçib, vəziyyət elə onda olduğu kimidi. Bəlkə də ondan daha pis. Heç nə vaxtsa müsbətə doğru dəyişikliyin olacağına inam da yoxdu.

Premyer-liqanın yeni mövsümünün başlamasına 20 gündən də az qalıb. Elitaya ad xətrinə gətirilən klublardan biri olan “Kəpəz”in nə stadionundan xəbər var, nə də avtobusundan. Futbolun İnkişafı Fondu kimi dəbdəbəli ada sahib təşkilatın cəhdləri də fayda vermir. İşin tərsliyindən Tərlan Əhmədova atılan badalaqlar fayda vermədi, Gəncə təmsilçisi elitanı tərk etmədi. Tərlan bəy mövsümün gedişində bezib postundan ayrılsaydı, çox güman, “Kəpəz” də turnir cədvəlinin son pilləsinə yuvarlanacaqdı. Beləcə premyer-liqanı tərk edən klub da “Kəpəz” olacaqdı. Ondan sonra divizionda xırda-para problemlərlə baş qatmaq, günü yola vermək çətinlik törətməzdi. Di gəl ki, bu plan baş tutmayıb, “Kəpəz” yenə də premyer-liqada mübarizə aparmalı, yerini qorumağa çalışmalıdı. Deməli, komandanın adı ətrafında yaşanan qalmaqallara, problemlərə də şahidlik etməyə davam edəcəyik.

Bu yaxınlarda “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadirinin qəzetimizə verdiyi açıqlamanı oxudum. Həmişə olduğu kimi, gəncəlilərin gününə ürəyim ağrıdı. Sitat: “AFFA-dan maddi yardımın ödənilməsi ilə bağlı hələ də bir xəbər gəlməyib. Bəzi nöqsanlar tapıb ümumi məbləğdən də kəsiblər. Əlbəttə, səhvsiz klub olmur. Amma tək dayağımız o vəsait olduğuna görə çətinliklərlə üzləşirik. İndiki şəraitdə mətanətli olmalıyıq”. Mən bu çətin və məşəqqətli yolda İlqar bəyə də, onun ətrafında olan insanlara da səbr və dözüm arzulayıram. Ümid edirəm ki, mətanətli olmağı bacaracaqlar, təslim olmayacaqlar. Bu həyatda hərənin bir dərdi olur. “Kəpəz”ə könül verənlərin, bu klub üçün çalışanların da dərdi belədi. Uca zirvənin adını daşıyan klub, ölkənin əzəməti ilə öyünən şəhərlərindən birinin təmsilçisi AFFA-dan gələcək yardıma gözünü dikib, “boz bina”da oturanların səxavəti sayəsində ayaqda durmağa çalışır. Onlar da hər dəfə bir bəhanə tapıb, “Kəpəz”ə ödənilməli olan pulu gecikdirirlər, hətta ucundan-qulağından da kəsirlər.
“Kəpəz”də ancaq gəncəli məşqçi çalışmalıdı, gəncəli futbolçu oynamalıdı” fəlsəfəsi çoxdandı ki, bu şəhərin havasına, klubun da canına hopub. Kənardan gələnlərin başına min bir oyun açıblar ki, mümkün qədər tez qaçsın, gəncəli mütəxəssislərdən kiməsə gün doğsun, iş yeri açılsın. “Kəpəz” həmişə AFFA üçün də, gəncəli veteranlar üçün də “yağlı tikə”, yaxşı qazanc yeri olub. Bir müddət əvvəl müdhiş fırıldaqların üstü açıldı, yeyinti faktları aşkara çıxdı. Düzdü, AFFA mümkün qədər məsələni sakitcə həll etməyə çalışdı, yeyinti faktlarının üstünü ört-basdır etməyə çalışdılar. Amma yenə də cidanı çuvalda gizlətmək mümkün olmadı. Elə həmin yeyintilərin dadı damaqlarında qaldığı üçün “Kəpəz”ə sahib çıxmaq, pula nəzarət etmək həvəsi həmişə vəhşi ehtiras kimi özünü biruzə verib. “Kəpəz”i geri salan çox vacib nüanslardan biri də məhz budu.

Gəncəli veteranların, ordakı müəyyən qrupların da öz maraqları var. İllər idi mətbuatı Mehman Allahverdiyevin Rusiyada yaşayan gəncəli iş adamları ilə görüşləriylə bağlı xəbərlər bəzəyirdi. İddia olunurdu ki, Mehman bəy “Kəpəz”də söz sahibinə çevrilən kimi həmin adamlar da komandaya pul buraxmağa başlayacaq. Allahverdiyev xeyli müddətdi klubda vəzifə tutur. AFFA bu üsulla onu və ətrafındakı qüvvələri neytrallaşdırıb. Tərlan Əhmədovun yola salınmasından sonra komandanın baş məşqçisi Azər Məmmədovdu. Yəni gəncəli mütəxəssis “Kəpəz”in baş məşqçisidi. Hanı o sponsor olmaq istəyənlər? Mehman Allahverdiyev nə üçün imkanlı şəxslərə çağırış etmir? Gəncəli azarkeşlərin gözü yolda, qulağı səsdədi. Onlar xoş səda gözləyir. Əvəzində eşitdikləri odu ki, Xaliq Mərdanovla Azər Məmmədov arasında gərginlik yaranıb, birincini əsas komandadan uzaqlaşdırıblar. Bu məlumatın həqiqət olmadığına bizi inandırmağa çalışanlar da deyir ki, Mərdanov Məmmədovla kirvədi, onların arasında söz-söhbət ola bilməz. Təki belə olsun, Allah kirvələri daha da mehriban eləsin. Amin deyək!

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Günün xəbəri

16-09-2022, 11:0

Premyer-liqa klubunun rəsmisinin qardaşıoğlu şəhid olub

Ölkə futbolu / Manşet

12-07-2023, 12:0

İlqar Nadiri: “AFFA-dan maddi yardımın ödənilməsi ilə bağlı hələ də bir xəbər gəlməyib”

Ölkə futbolu / Manşet

21-09-2022, 17:0

Mehman Allahverdiyev şəhid qohumu ilə fəxr edir - AÇIQLAMA

Yazarlar

27-04-2022, 18:0

Futbolun inkişafı, yoxsa gözdən pərdə asmaq fondu? - KÖŞƏ

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Bu gün, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Bu gün, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Bu gün, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Bu gün, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 270
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə