"Qazprom Arena"da 4 qol - VİDEO

1.07.2023 23:36 314
Video
Bu gün Rusiyada “Matç TV Kuboku” start götürüb.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi" də bu gün turnirdə ilk oyununu keçirib. Komanda “Zenit” ilə üz-üzə gəlib. Bakı təmsilçisi görüşdə hesabı açsa da, yekunda 1:3 hesabı ilə uduzub.

Sankt-Peterburqdakı “Qazprom Arena”da oynanılan görüş “Matç TV” vasitəsi ilə canlı yayımlanıb.