"Barselona" Serxio Busketsin əvəzinə futbolçu axtarışlarını davam etdirir.
Football-plus.az xəbər verir ki, Xavi Martin Subimendini istəyir. Lakin prezident Xuan Laporte yarımmüdafiəçi üçün 60 milyon avro ödəmək niyyətində deyil.
"Mundo Deportivo"nun məlumatına görə, Kataloniya təmsilçisinin rəhbərinin hədəfi Ruben Nevesdi. Futbolçunun meneceri Xorxe Mendeslə klub prezidenti yaxın dostdu. Bu səbəbdən də "Vulverhempton"u keçid üçün problem yaratmayacağı düşünülür.