"Kəpəz" iki futbolçusu ilə yolları ayırdı

6.06.2023 14:54 222
Ölkə futbolu
"Kəpəz" hücumçusu Salif Sisse və qapıçısı Mario Mustapiç ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçunun müqaviləsi başa çatıb. Buna görə də onlar "Kəpəz"dən ayrılıblar.

Son mövsümdə 13 oyunda forma geyinən Salif Sisse 1 qol vurub. Mario Mustapiç isə çempionatda 9 oyuna çıxıb və 12 top buraxıb.