“Sevilya”nı ikinci dəfə tərk etdi

17.06.2023 23:53 218
Dünya futbolu
Ramon Monçi ikinci dəfə “Sevilya”nı tərk edib.

"Football-plus.az" xəbər verir ki, o, idman direktoru vəzifəsindən istefa verib.

Monçi bu vəzifəyə 2019-cu ildə yenidən təyin olunmuşdu. O, daha əvvəl idman direktoru postunda 2000-17-ci illərdə çalışmışdı.

Bir neçə gün əvvəl “Sevilya”nın sabiq baş məşqçisi Unay Emerinin hazırda çalışdırdığı “Aston Villa”nın Monçi ilə maraqlandığı xəbər verilmişdi.

Təcrübəli funksioner artıq İngiltərə klubunun futbol əməliyyatları üzrə prezidenti təyin olunub.