"Karyera baxımından ağır mövsüm keçirdim”.
"Football-plus.az" xəbər verir ki, bunu millimizin futbolçusu Mahir Emreli Estoniyaya qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.
26 yaşlı hücumçu görüşün baş tutacağı “Dalğa Arena”dakı tədbirdə meydana qələbə üçün çıxacaqlarını bildirib:
“Geridə qalan mövsümün ikinci dövrəsində bir qədər toparlandım. Son görüşdəki nəticədən sonra bura daha yaxşı əhvali-ruhiyyədə gəldim. Klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir”.
Qeyd edək ki, iyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20.00-da başlayacaq