“Liverpul”la “Brayton” arasında aparılan danışıqlar müsbət nəticələnib.
"Football-plus.az" xəbər verir ki, İngiltərə nəhəngi bu klubun oyunçusu Aleksis Makallisteri transfer edib.
"Liverpul" yarımmüdafiəçinin müqaviləsində göstərilən məbləği ödəməli olacaq. Başqa sözlə, argentinalı futbolçu mersisaydlılara 35 milyon funt sterlinqə başa gəlib.
24 yaşlı Aleksis “Brayton”a 2019-cu ildən məxsus olsa da, həmin il icarə əsasında “Arxentinos Xuniors”da, 2019-20-ci illərdə isə “Boka Xuniors”da çıxış edib. DÇ-2022-nin qalibi olan futbolçunun “Liverpul”la bağlayacağı müqavilənin müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.
Makallisterin son mövsümdə bütün turnirlərdə meydana çıxdığı 40 oyunda 12 qolun və 3 məhsuldar ötürmənin müəllifi olduğunu da bildirək.