Ançelotti 850-ə çatdı

6.02.2023 12:05 261
Dünya futbolu
La Liqanın 17-ci turunda "Real" "Valensiya"nı məğlub etdi - 2:0

Football-plus.az xəbər verir ki, Ançelotti məşqçi karyerasında daha bir önəmli göstəriciyə nail oldu.

63 yaşlı italiyalı çalışdırıcı “böyük beşlik” ölkələrində 850-ci oyuna çıxdı.

Ançelotti bu ölkələrin hər birində çalışıb: “Real”dan başqa “Yuventus”, “Milan”, “Çelsi”, PSJ, “Bavariya”, “Napoli” və “Everton”a da rəhbərlik edib. A seriyasında daha çox – 486 oyuna komanda çıxarıb. Onun komandaları premyer-liqada 134, La Liqada 133, Liqa 1-də 57, bundesliqada isə 40 oyun keçirib.