Bu barədə onun çalışdırdığı klublardan “Everton”un sabiq futbol direktoru Marsel Brands danışıb.
Ançelotti İngiltərə təmsilçisinə 2019-21-ci illərdə başçılıq edib. Brands onunla bağlı bir maraqlı əhvalatı xatırlayıb. O, “Tottenhem”lə vacib matçdan əvvəl klubun maddi vəziyyətinin yüksək olmamasına baxmayaraq, qalib gələcəkləri halda təcrübəli mütəxəssisə “Rolls Roys” markalı avtomobil alacaqları barədə vəd verib. Həmin oyunda “Everton” londonlulara qalib gəlib:
“Ançelottini motivasiya etmək üçün dəli kimi danışmaq məcburiyyətində qalmışdım. Çünki “Tottenhem”lə oynayacaqdıq və bu matç bizim üçün çox vacib idi. Görüşdən əvvəl Karlo Ançelotti ilə danışdım. Ona qalib gələcəyimiz halda “Rolls Roys” avtomobili alacağımı dedim. O, bunu eşidəndən sonra “Tottenhem”ə meydanı dar etdi...”



