Ölkə kubokunun final matçında "Qəbələ" "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdi. Nəticədə bölgə təmsilçisi titula yiyələndi.
Matçdan sonra qaliblərin heyətindən Rasim Ramaldanov "Football-plus.az"a danışdı:
"Ötən mövsüm yaxşı çıxış etmişdik. Konfrans Liqasına vəsiqə qazansaq da, 4-cü yerin sahibi kimi getmişdik. Yəni çempionatda titulsuz qalmışdıq. Ona görə də əsas heyətimizi qoruyub həm yenidən avrokuboka vəsiqə qazanmaq, həm də mükafatçılar sırasında olmaq istəyirdik. Yəni məqsədli, inamlı idik. Şükürlər olsun, əziyyətimiz hədər getmədi. Mövsüm ərzində tökdüyümüz tərin bəhrəsini gördük. Çox sevincliyik. Hazırda heyətimizi qoruyub, əlavə bir neçə yaxşı transfer həyata keçirməklə Konfrans Liqasında maksimum irəliləməyi hədəfləyirik".
ABDULLA İSMAYILOĞLU