Ölkə kubokunun final matçında "Qəbələ" "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdi. Nəticədə bölgə təmsilçisi titula yiyələndi.
Matçdan sonra qaliblərin heyətindən Urfan Abbasov "Football-plus.az"a danışdı:
"Çox gərgin oyun oldu. Çox sevincliyik ki, birillik əziyyətimiz boşa getmədi. Hədəf ən azı 4-cü pilləni tutub avrokuboklara vəsiqə qazanmaq idi. Buna rəğmən, ölkə kubokunda da inamla mübarizə apardıq. Şükürlər olsun ki, finala gəldik və qalib olduq. 90 dəqiqə pis oynamadıq, amma əlavə vaxtda daha yaxşı çıxış etdik. Çoxlu qol vəziyyəti yaratsaq da, cəmi birini reallaşdıra bildik. Daha çox qol vurmaqla da qalib gələ bilərdik, amma əsas odu ki, vurduğumuz 1 qol bizi kubokun qalibi etdi. İndi əsas məqsəd yaxşı hazırlıq keçərək avrokuboklarda ölkəmizi layiqincə təmsil etməkdi".
ABDULLA İSMAYILOĞLU