• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qəbələ” “Neftçi”ni titulsuz qoydu - REPORTAJ

Ölkə kuboku / Reportaj

6-06-2023, 13:0

Ölkə kubokunun həlledici qarşılaşmasından öncə favoritin kimliyi ilə bağlı fərqli fikirlər səslənirdi. Çoxları nominal meydan sahiblərinin bir addım öndə, titilun “Qəbələ”dən çox “Neftçi”yə lazım olduğunu bildirirdi. Ancaq 120 dəqiqə meydanda bərabərsəviyyəli iki komandanın mübarizəsinə şahidlik etdik.

İlk yarının böyük hissəsi “qırmızı-qaralar”ın üstünlüyü şəraitində keçdi. Elmar Baxşıyevin komandası ilk dəqiqələrdən irəli atılaraq “ağ-qaralar”ı müdafiəyə çəkilməyə məcbur etdi. Bölgə təmsilçisi erkən qol üçün hər şey etsə də, tablodakı sıfırları dəyişə bimədil. Həmin dəqiqələrdə görünən o idi ki, nominal meydan sahibləri start həyəcanını üzərindən ata bilmir. Və bu səbəbdən Regekampfın yetirmələri oyuna bir qədər gec, təxminən 30-cu dəqiqədən qoşula bildi.

Tədricən özünə gələn “Neftçi” 2-ci hissədə oyunu bərabərləşdirdi. Hətta müəyyən zaman kəsiyində bakılılar diqtə edən tərəf olmağı da bacardı. Ancaq oyunun əsas vaxtında ən yaddaqalan qol vəziyyəti məhz “ağ-qaralar”ın qapısı önündə yaşandı.

İkinci hissənin sonlarına yaxın Ülvi İsgəndərovun zərbəsi dirəyə tuş gəldi. Ümumiyyətlə, oyunun axarı bir qolun həlledici olacağını göstərirdi ki, sonda da məhz belə oldu. 90 dəqiqədə “Qəbələ”nin hücumları daha kəsərli alınsa da, tələskənlik qonaqlara qarşılaşmanın taleyini əsas vaxtda həll etməyə mane olurdu.

Baxşıyevin komandası rəqibin qapısına çox rahat şəkildə yaxınlaşdığı halda, “Neftçi” meydanda sanki sürünürdü. “Ağ-qaralar” müdafiədən hücuma o qədər ləng çıxırdı ki, həmin vaxtda “qırmızı-qaralar”ın arxa xətt oyunçuları çox rahat şəkildə mövqeləri bağlayırdı.

90 dəqiqədə qalibi müəyyənləşdirmək mümkün olmadığından əlavə yarım saata ehtiyac duyuldu. Əlavə vaxtda da matçdan əvvəl əksəriyyətin favorit gördüyü “Neftçi” ayağı gipsdən yeni çıxan, əsanın köməyi ilə gəzməyə başlayan adamı xatırladırdı. İstək baxımından rəqibdən qat-qat üstün görünən “Qəbələ” 102-ci dəqiqədə azarkeşlərini ayağa qaldırdı.

Solomonun təcrübəsinə yaraşmayan səhvindən sonra hakim penalti nöqtəsini göstərdi ki, Alimi şansını boşa vermədi. Gürcü müdafiəçi nədənsə cərimə meydançasının daxilində rəqibin zərbəsi zamanı topa əlini yana açaraq müdaxilə etdi.

Qoldan sonra da heç nə dəyişmədi. “Ağ-qaralar”ın oyununda rəngarənglik çatmırdı. Monoton oyunda bütün ötürmələr komandanın ən yaxşısı Kilan Lebona və ya Emin Mahmudova ünvanlanırdı. Sanki bütün komanda bu duetin möcüzə edəcəyinə inanırdı. Ancaq şənbə günü Eminin günü deyildi. Kapitan çox çalışsa da, mövsümün qəhrəmanı ola bilmədi.

Baxmayaraq ki, sona yaxın “Qəbələ”nin yorulduğu aşkar hiss olunurdu. “Neftçi” sürəti bir qədər də artırıb böyük qüvvə ilə irəli atılsaydı, bəlkə də oyunun taleyini “lotereya”ya daşıya bilərdi. Lakin “ağ-qaralar” bundan da istifadə edə bilmədi. Minimal üstünlüyü sona qədər qorumağı bacaran “qırmızı-qaralar” tarixində ikinci dəfə ölkə kubokunu başı üzərinə qaldırmaqla “Bakcell Arena”nı qalib kimi tərk etdi.

Maraqlıdı...
// Ölkə kubokunun finalı hər iki komanda üçün yubileylə əlamətdar olub. “Neftçi” 170-ci, “Qəbələ” 80-ci kubok sınağına çıxıb. 0:1 hesabı ilə uduzan Bakı klubu 93 qələbə qazanıb, 38 heç-heçə etdiyi turnirdə 39-cu dəfə məğlub olub. “Qırmızı-qaralar” 44-cü qələbəsini əldə edib. Bölgə təmsilçisinin 19 heç-heçə və 17 məğlubiyyəti var. Paytaxt təmsilçisinin top fərqi 264-111-di. Qəbələnin eyniadlı klubunda bu rəqəm belədi: 133-75.

// Ölkə kubokunda mövsümün rekordu qeydə alınıb. Bu, “Neftçi” ilə “Qəbələ” arasında finala təsadüf edib. “Bakcell Arena”dakı görüşü 9000 tamaşaçı izləyib. Bu, mövsümün 19 kubok oyununun ən yüksək göstəricisidi. Finala qədər rekord 5000-ə bərabər idi. Yarımfinalın “Neftçi” və “Turan Tovuz” arasında hər iki qarşılaşmasında 5000 tamaşaçı olub. Ümumilikdə isə kubokun 19 matçında 31 min 980 izləyici qeydə alınıb. Orta hesabla hər oyunu 1683 azarkeş izləyib.

// Ölkə kubokunun 2022/23 mövsümünün bombardirlərinin sayı üçə çatıb. “Neftçi” ilə final oyununda yeganə qolun müəllifi olan İsnik Alimi turnirin ən məhsuldar futbolçularına çatıb. Bu, “Qəbələ”nin yarımmüdafiəçisinin üçüncü qolu olub. Şimali makedoniyalı legioner Emmanuel Apehlə (Sabah) Franko Mazurekə (Səbail) şərik olub. Ümumilikdə mövsümün 19 matçında 51 qol vurulub. Orta məhsuldarlıq 2,68-ə bərabərdi. Bu qollara 37 futbolçu imza atıb. Fərid Nəbiyev (Kəpəz), Emin Mahmudov, Kenni Sayef (hər ikisi “Neftçi”), Musa Qurbanlı (Qarabağ), Felipe Santos, Rafael Utziq, Ramon Maçado (hamısı “Qəbələ”), Davit Volkov (Sabah) hərəyə 2 qol vurub. Mixeil Erqemlidze, Abdullahi Şuaybu (hər ikisi “Kəpəz”), Yeqor Boqomolski (Neftçi), Emil Səfərov, Məqsəd İsayev, Omar Hani, Ülvi İsgəndərov (hamısı “Qəbələ” ), Coy-Lens Mikels, Kristian Sebalyos (hər ikisi “Sabah”), Ədilxan Qarəhmədov, Emil Martinov, İlkin Muradov, Kizito Luvaqa, Maksim Çex, Mirabdulla Abbasov, Qoba Zakpa (hamısı “Səbail”), Ehtiram Şahverdiyev, Faiq Hacıyev, Natan Oduva, Runi Eva, Denis Marandiçi, Xəyal Nəcəfov (hamısı “Turan Tovuz”), Dmitrios Çantakias, Loris Broqno, Rəhim Sadıxov, Rüstəm Əhmədzadə (hamısı “Zirə”) hərəyə 1 qola sevinib.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku

4-05-2023, 14:0

Ölkə kubokunda final oyununun nominal meydan sahibi bəlli oldu

Reportaj

11-02-2023, 13:0

"Qəbələ" - "Neftçi" matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa

4-04-2023, 16:0

Əsas rəqibləri “Şamaxı” ilə “Səbail”dən aralandı – TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

13-09-2022, 12:0

Çempion zirvəyə yüksəldi - TURUN ŞƏRHİ

Aktual
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
"Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
Son xəbərlər
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
  • Dünən, 14:01
    “Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
  • Dünən, 13:46
    "Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
  • Dünən, 13:24
    AFFA prezidenti komandalarımıza uğurlar arzuladı
  • Dünən, 13:05
    Qritseviçlə Jitari təcrübəsiz, Hüytiya təcrübəlidi...
  • Dünən, 12:53
    “Sabah” püşkatmada üçüncü səbətdə yer alacaq
  • Dünən, 12:39
    “Xankəndi” üç futbolçusu ilə vidalaşdı
  • Dünən, 12:08
    Amin Ramazanov "Sabah"da
  • Dünən, 12:00
    “Sabah”a böyük ümidlərlə
  • Dünən, 11:52
    “Sabah” – “Nyu Seynts” matçına neçə bilet satılıb? – hələ minlərlə boş yer var!
  • Dünən, 11:35
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 11:14
    “Azərbaycan adını eşidən elə ölkələr var ki...” - səfər oyunlarının yayını sual altındadı
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 203
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə