Ölkə kubokunda 2022/2023 mövsümünün final qarşılaşması keçiriləcək. Saat 20.00-da “Bakcell Arena”da baş tutacaq finala gələcək azarkeşlərə 2 saat əvvəldən stadiona gəlmələri tövsiyə olunur.
"Football-plus.az" xəbər verir ki, qapılardan giriş aşağıdakı kimi olacaq:
1A, 1B, 2A, 2B - Şərq qapısından;
4A, 5A - Qərb qapısından;
3A, 3B – Cənub qapısından;
VİP, "Skayboks"lar - Şimal qapısından.
Qeyd edək ki, qarşılaşmadan öncə saat 19.00-da müğənni Hissin iştirakı ilə konsert proqramı təşkil ediləcək.