• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Rəhbərlik tərəfindən qarşımıza dördüncü yeri tutmaq hədəfi qoyulmuşdu" - Rəşad Sadıqov

Premyer-liqa / Manşet

27-05-2023, 20:0

"Mövsümü başa vurduq. Əlimizdən gələni etdik ki, qələbə qazanaq və şansımızı sona qədər saxlayaq. Elə də oldu. Amma "Qəbələ" rəqib öz meydanında xal itirsə də, bu, bizə yetmədi. Eyni xalımız olsa da, avrokuboklardan kənar qaldıq.

Buraxdığımız uşaq səhvlərinin həlledici olduğu göründü. Sona qədər mübarizə apardıq. Futbolçular inamlı və istəkli idi. “Kəpəz” və “Sabah”la oyunlarda qələbə qazana bilərdik. Bunu bacarmadıq. Futbolçulara mövsümə görə təşəkkür edirəm. Təbii ki, istəyərdik nəticə yaxşı olsun. Amma istədiyimiz nəticəni verə bilmədik".


"Football-plus.az" xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli premyer-liqasının 36-cı turunun "Sumqayıt"la görüşündən sonra mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Yeni mövsüm üçün “Zirə”nin heyətdə çox dəyişiklik olacaq?

- Dəyişikliklər gözlənilir. Rəhbərliklə də görüşümüz olacaq, növbəti sezon hədəflərimiz və planlarımızla bağlı danışacağıq. Həmin görüşdən sonra çox şeyə aydınlıq gələcək. Keçən il də dəyişikliyə ehtiyacımız var idi. Ancaq edə bilmədik.

- Hamidu Keytanın “Qarabağ”a keçidi gündəmdədi...

- Bəli, Keytanın yaxın günlərdə “Qarabağ”a keçidi rəsmiləşəcək. Bu komandanın maraq dairəsində olan futbolçu idi. Cəzalı idi deyə, bugünkü oyunda oynamırdı. Biz də ona “Qarabağ”la danışıq aparmasına icazə verdik. Tərəflər arasında razılıq olub. Ümid edirəm ki, həm “Qarabağ”, həm də Keyta üçün uğurlu keçid kimi yadda qalar.

- Rəhim Sadıqov bu gün iki qol vurdu. “Zirə”nin nəticəyə ehtiyacı olduğu oyunlarda ön plana çıxmırdı...

- Yaxşı çıxış etdi. Bəzən bir çox oyunlarda da uğurlu çıxış edirdi. Amma nəticəyə çevirə bilmirdi. Penaltilər qaçırırdı, birəbir epizodlardan yararlana bilmirdi. Ümumi çıxışından razıyam. Hücum xəttimiz daha məhsuldar oynamalı idi.
Hücum xəttində məhsuldarlığımız az idi, müdafiədə etibarlı oyunumuz çatmırdı. Nəticədə beşinci yeri tutduq. Mövsümboyu forvard baxımından əziyyət çəkdik. Rəhim Sadıqovu hücumçu kimi oynayırdıq. Gələn mövsüm daha geniş və keyfiyyətli heyət qurmaq istəyirik.

- Cari mövsümü Rəşad Sadıqov üçün uğursuz hesab etmək olar?

- Təbii ki. Rəhbərlik tərəfindən qarşımıza dördüncü yeri tutmaq hədəfi qoyulmuşdu. “Neftçi” və “Sabah”ın iddialı olduqları bəlli idi. Heyətlərini gücləndirmişdilər. Bəlli idi ki, bu mövsüm üçüncülük uğrunda mübarizə aparmaq çətin olacaq. Amma əsas hədəf dördüncü yer idi.

51 xal toplayıb dördüncü yeri tutsaydıq da, məmnun qalmayacaqdım. Daha yaxşı və stabil çıxış etməliydik. Daha yaxşı yerlərdə olmaq istəyirik ki, güclənməliyik. Mövsüm başlamayıb, amma biz aparıcı oyunçularımızı itiririk. Mütləq şəkildə güclənməliyik.

- Ən çox heyfsləndiyiniz oyun hansı oldu?

- Ən yaddaqalan “Qəbələ”yə qarşı matç idi. Səfərdəki oyunumuzu deyirəm. 90+4-cü dəqiqədə Ülvi İsgəndərov meydanın mərkəzindən qol vurmuşdu. Düşünürəm ki, həmin oyun həlledici oldu. O periodda xal ehtiyatımız var idi, “Qəbələ”dən öndə idik. Xal fərqini qorusaydıq, daha fərqli alınardı. Ağlıma dərhal gələn həmin matçdı. Amma belə oyunlar çoxdur.

- Bu mövsüm məşqçi kimi sizə nə verdi?

- Çox böyük təcrübə oldu. Hər şey seleksiyadan başlayır. Uğurlu seleksiya etmək lazımdı. Əgər sezonun əvvəli müəyyən mövqelər üçün oyunçu tapa bilmirsən, maddi imkanlara görə futbolçunu gətirmək alınmırsa, önəmli mövqelərdə boşluqlar varsa, mövsümboyu əziyyətini çəkəcəksən.

Bu mövsüm mənə göstərdi ki, məşqçi üçün önəmli olan mövsümün əvvəlində yığdığı heyətdi. Nəyisə tələb edə bilərsən, icra olunmursa, tələbin də mənası qalmır. Bu mövsüm Konfrans Liqasına vəsiqə qazanmaq istəyirdik. Nəticə çıxardıb, komandanı daha da gücləndirmək lazımdı.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

27-05-2023, 19:0

"Qarşımıza qoyulan məqsədin öhdəsindən gəldik" - Tərlan Əhmədov

Premyer-liqa / Manşet

22-05-2023, 20:0

"Futbolçularım oyunun öhdəsindən pis gəlmədi"

Premyer-liqa

21-05-2022, 19:0

"Keyfiyyətli iş gördük" - "Sabah"ın məşqçisi

Premyer-liqa / Manşet

6-05-2023, 19:0

"Bizim nəticələr sırf hakimliklə bağlı deyil" - Rəşad Sadıqov

Premyer-liqa / Manşet

28-11-2022, 16:0

"Dəyişiklik etməyə çətinlik çəkirik" - Tərlan Əhmədov

Premyer-liqa / Manşet

10-03-2023, 17:0

Rəşad Sadıqov: "Çalışıram ki, Azərbaycan futboluna yeni oyunçular qazandırım"

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
Daha çox
Oxunub: 198
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 126
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 126
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə