• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bizim nəticələr sırf hakimliklə bağlı deyil" - Rəşad Sadıqov

Premyer-liqa / Manşet

6-05-2023, 19:0

"Zirə" Misli premyer-liqasının 33-cü turunda səfərdə "Şamaxı"nı 3:0 hesabı ilə məğlub edib.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

Nəticə və oyun bizi sevindirir. Futbolçulardan razı qadım. İlk dəqiqlərdə həyəcan var idi. Dəqiqələr keçdikcə oyun tam nəzarətimizdə oldu. Çox önəmli qələbə qazandıq.

- Çempionatdakı durumunuz sanki rahatdı. Bu, oyununuza təsir göstərdi?

- Əvvəlki oyunlarla müqayisədə uşaq səhvlərinə yol vermədik. Buna görə də nəticə yaxşı oldu. Şamaxı və Qəbələdə nəfəs almaq çətindi. Bu gün komandanın verdiyi reaksiya məni razı saldı. Çətin səfərdə qələbə qazandıq.

- Rəhim Sadıqov yorğun görünürdü...

- İlk hissəni çox yaxşı keçirdi. İlk yarının sonlarına yaxın yorğunluq hiss olunurdu. "Turan Tovuz"la matçda 90 dəqiqə oynamışdı. 5 günlük istərahətdən sonra bir az yorğunluq qalmışdı.

- Sona 3 tur qalıb. Konfrans Liqası şansını necə dəyərləndirirsiz?

- Təbii ki, "Qəbələ" daha şanslıdı. Bu, "Turan Tovuz"la oyuna kimi də belə idi. Amma son məğlubityyət vəziyyətimizi çətinləşdirdi. Hər oyunda məsuliyyətli olmalıyıq. Problemləri bilirik. Onları aradan qaldırdıqdan sonra müsbət nəticələr əldə edə bilərik.

- "Turan Tovuz"la matçla bugünkü oyun arasında hansı fərqlər var idi?

- Eyni oyun idi. Matçın təhlilinə baxmışam. Orada standart vəziyyətlər belimizi qırdı. Xırda detallar var ki, nəticəyə təsir edir. Həmin məqamlarda boşluqlar verdik. Yeganə fərq o idi ki, bu gün müdafiə olunarkən futbolçular daha diqqətli idilər. Başqa fərq görmürəm. Həmin görüşdə işlər bizim istədiyimiz kimi getmədi.

- Müqaviləsi başa çatan oyunçularla danışıqlara başlamısız?

- Bütün fikrimizi qarşıdakı oyunlara yönləndirmişik. Paralel olaraq da futbolçuları gözdən keçiririk. Amma konkret olaraq kimin gedəcəyi, kimin gələcəyi dəqiq deyil.

- Sizin də müqaviləniz bitir. Postunuzda qalacaqsız?

- Həftəiçi rəhbərliklə görüşümüz oldu. Müqavilənin uzadılmağı ilə bağlı yanvarda görüş keçirmişdik. Həmin vaxt özüm istəmişdim ki, bunu yayda danışaq. İndi belə qərar qəbul etdik ki, əməkdaşlığımıza davam edək və daha da keyfiyyətli komanda formalaşdıraq. Mən də istəyirəm ki, Konfrans Liqasına gedək. Bu il Konfrans Liqası şansını kubokun 1/4 finalında əldən vermişdik. Gələn il daha güclü "Zirə" olması üçün əlimizdən gələni edəcəyik.

- Müqaviləniz uzunmüddətli olacaq?

- Müddəti danışmadıq. Bizim münasibətimiz elədi ki, müqavilə formal bir şeydir. Əgər getməliyəmsə, 5 illik sözləşmə olsa da, gedəcəm.

- "Zirə"nin üzərinə çox gəlirlər. Amma komandanın heç normal infrastrukturu yoxdu. Bu məsələ ilə bağlı rəhbərliklə müzakirələriniz olub?

- Təbii ki. İlk gəldiyim gündən müzakirələrimiz gedir. Rəhbərlik də istəyir. Amma Bakı komandası üçün çətindir. Yer tapmaq və s... Bugünkü şəraitimiz də pis deyil. Bu, səbəb deyil. "Qəbələ" ilə aşağı-yuxarı eyni şəraitdə hazırlaşırıq. Onlar da Bakıda məşq edirlər. Həlledici məqam kobud səhvlərdən buraxdığımız qollar və dəyərləndirmədiyimiz epizodlar oldu.

Səhv yolda olduğumuzu düşünmürəm. Bu oyunumuzu bir az da artırsaq, nəticələr də yaxşı olacaq. Bizdə oyuna baxmırlar. Oyun bitən kimi tabloya baxırlar. Bu gün futbol camiəmiz belədi. Çox şeylərə fikir verməməyə çalışıram. Ən böyük tənqidçim özüməm. Hər şeyi götür-qoy edirəm.

- Hakimlərin bu mövsüm "Zirə"yə mane olduqlarını düşünmək olar?

- Həddən çox deməzdim. Düzdü, bəzi oyunlarda olub. Mane olduqlarını düşünmürəm. Sadəcə hakimlər imkan vermir ki, oyun getsin. 16 dəqiqə matç dayanır. Dayanmaq udan komandaya sərf edir. VAR-da pauzalar çox olur. Buna bir çözüm tapmaq lazımdı ki, oyunun tempi düşməsin. Bu il bizim nəticələr sırf hakimliklə bağlı deyil.

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

28-07-2022, 22:0

"Həyəcan oyunumuza təsir etdi" - Elmar Baxşıyev

Premyer-liqa / Manşet

13-12-2022, 16:0

"Şamaxı" çempionatda məni ən çox narahat edən komandalardandı" - Rəşad Sadıqov

Premyer-liqa

6-02-2023, 16:0

"Tək dövlətin ayırdığı pulla mübarizə aparmaq, inkişaf etmək çox çətindir" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

8-04-2023, 20:0

"Bu hakimliklə qazanmaq şansımız yox idi" - Murad Musayev

Premyer-liqa / Manşet

6-05-2023, 18:0

"Belə məqamlar komandaya pis təsir edir" - Vüqar Əsgərli

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
Daha çox
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 142
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 126
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə