“Qarabağ”dan azarkeşlərə müraciət

26.05.2023 19:14 248
Premyer-liqa
“Qarabağ” premyer-liqanın son turu öncəsi azarkeşlərinə müraciət edib.

Müraciəti diqqətinizə çatdırırıq:

“Müstəqillik Günü münasibətilə mayın 28-də keçiriləcək mövsümün sonuncu - "Qarabağ" - "Turan Tovuz" oyununa giriş pulsuzdu!

Bu matçdan dərhal sonra komandamıza çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.

Gəlin, çempionluğu birlikdə qeyd edək!

Qeyd: Bu qarşılaşma üçün yalnız VİP biletlər satışda olacaq”.