"Son həftələrdə maliyə sıxıntımız olduğu üçün oyuna yaxşı hazırlaşa bilməmişdik. Bundan başqa, həmişə təbii örtüklü meydanlarda oynamağa alışdığımızdan süni qazonda oynamağa çətinlik çəkdik. Bu sadaladıqlarım da istər-istəməz oyunumuza və nəticəyə təsir göstərdi”.
Bu sözləri “Football-plus.az”a açıqlamasında “Marxal”ın təsisçisi Elgün Hüseynov dedi. Klub rəsmisi Region Liqasının yarımfinalında “Çinar-Zəngilan”a 1:5 hesabı ilə məğlub olmaqlarını şərh etdi:
“Ümumilikdə cari mövsümdə çıxışımızı yaxşı qiymətləndirirəm. 42 komanda arasında yarımfinala qədər irəliləmişiksə, deməli, yetərincə mübariz, döyüşkən kollektiv formalaşdırmışıq. Qarşıda 3-cü yer uğrunda "Arpaçay"la matçımız olacaq. Çalışacağıq ki, rəqibi üstələyib bürünc medalları qazanaq. Gələcəkdə daha güclü "Marxal" görəcəksiz".
ABDULLA İSMAYILOĞLU