“Zirə” Konfrans Liqası üçün seçimini etdi - AÇIQLAMA

16.05.2023 21:15 346
Premyer-liqa / Manşet
Premyer-liqada 2022/23 mövsümü başa çatmaq üzrədi.

“Football-plus.az” xəbər verir ki, çempionatın qalib bəllidi. “Qarabağ” titula sahib çıxıb. Lakin Konfrans Liqasında iştirak edəcək 3-cü və premyer-liqanı tərk edəcək komandanın adına aydınlıq gəlməyib. “Zirə” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşsa və kubokun finalında “Neftçi” “Qəbələ”ni məğlub etsə, “qartallar” adı çəkilən turnirdə iştirak edəcək. Bu səbəbdən də indidən qəsəbə təmsilçisi avrokuboklarda oynayacağı stadionu müəyyənləşdirib. Söhbət “Dalğa Arena”dan gedir. Məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə ilə əlaqə saxladıq:

“Lisenziya Komissiyasının UEFA lisenziyası verdiyi bütün komandalar hansısa stadionu avrokuboklarda iştirak üçün göstərməlidi. Biz də bunu bir neçə ay öncədən etmişik. Konfrans Liqasına vəsiqə qazansaq, “Dalğa Arena”da çıxış edəcəyik”.


İLKİN SULTANLI