“Football-plus.az” xəbər verir ki, “Qəbələ”nin sifariş etdiyi stadionlar arasında “Dalğa Arena” da var. Məsələ ilə bağlı klubun rəsmi mövqeyini öyrəndik. “Qırmızı-qaralar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə “Qəbələ” Konfrans Liqasına vəsiqə qazanacağı halda hansı stadionda çıxış edəcək” sualını ünvanladıq:
“Biz ilkin mərhələ üçün “Qəbələ” şəhər stadionunu sifariş vermişik. Təsnifat mərhələsi üçün “Dalğa Arena”nı seçmişik. Qrupda oynasaq, “Bakcell Arena”da çıxış edəcəyik”.
İLKİN SULTANLI



