Əvvəlki saylarımızın birində 1/4 final seriyalarından “Leykers”lə “Qolden Steyt”in duelinin bütün dünyanın diqqət mərkəzində olduğunu vurğulamışdıq.
“Football-plus.az” xəbər verir ki, “gölməçəsevərlər” seriyanın 4-cü oyununda qalib gəlməklə hesabı 3:1 etdi və növbəti mərhələyə adlamaq yolunda önəmli addım atdı. “Qolden Steyt”in oyun qurucusu Stefen Karri isə bu oyunda 3 üçxallıq atış reallaşdırmaqla MBA tarixinə düşdü. 35 yaşlı amerikalı 4000 üçxallıq atışa nail olan ilk basketbolçudu. Bu göstəricidə 2-ci yerdə Rey Allen (3358), 3-cü yerdə isə Ceyms Harden (3152) qərarlaşıb.
Bu arada “Denver”in mərkəz oyunçusu Nikola Yokiç 25 min dollar cərimələnib. 28 yaşlı serb ulduz “Finiks”lə seriyanın mayın 8-də keçirilən 4-cü oyununda rəqib klubun sahibi Met İşbiyanı itələyib.
Maraqlıdı ki, Yokiç cərimə ilə canını qurtarıb, diskvalifikasiya olunmayıb. “Finiks”in həmin oyunda qalib gəlməklə seriyada hesabı bərabərləşdirdiyini də xatırladaq.