• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Premyer-liqaya layiq oyun idi”

Premyer-liqa / Manşet

7-05-2023, 22:0

Misli premyer-liqasında 33-cü turun oyunları keçirilir.

“Football-plus.az” xəbər verir ki, “Sumqayıt” “Səbail”i qəbul edib - 1:3. Matçdan sonra qonaqların çalışdırıcısı Şahin Diniyevin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:


"Çətin oyun idi. "Qəbələ" ilə görüşü də saysaq, hamısı finala bərabərdi. Maksimum konsentrasiya olub, xallar qazanmaq niyyətindəyik. Premyer-liqadan düşmək istəmirik. Ona görə də, komanda bu gün vuruşdu. Qələbədən də başqa, komandanın göstərdiyi samballı oyun idi. Düşünülmüş, dominant oyun oynadıq. Buraxdığımız qol bizi "sındırdı". Amma xarakter göstərdik. Komanda sürəti azaltmadı, təzyiqi daha da çoxaltdı. Bunun da nəticəsi kimi qələbə qazandıq. Uşaqları təbrik edirəm. Ən yaxşı oyunlarımızdan birini oynaya bildik. "Sumqayıt"a da təşəkkür edirəm, yaxşı oyun alındı. Premyer-liqaya layiq oyun idi, qarşılıqlı hücumlar şəraitində keçdi. Oyun keyfiyyəti var idi. Fikirləşirdik ki, ilk yarıda mübarizə aparaq. İkinci yarıda isə sürətli, texnikalı futbolçuları meydana buraxaraq oyunun taleyini həll etmək istəyirdik. Əvəzetmələr özünü doğrultdu. Ondan qabaq qolumuzu vurmuşduq. Amma əvəzetmələr oyunun sürətini, keyfiyyətini daha da artırdı. Bugünkü qələbəyə görə çox şadam".


- Bugünkü qələbə xal baxımından daha önəmliydi, yoxsa motivasiya?
- Hər ikisi. Motivasiya xala bağlıdı. Xal olmasa, motivasiya da olmayacaq. Bu gün xarakter göstərdik. Komanda çətin vəziyyətdən çıxmaq üçün özündə gücdə tapdı. Hər dəfə onlara deyirəm ki, bacarırsınız. "Zirə", "Neftçi", "Sabah", "Turan Tovuz", "Qəbələ"yə qarşı keyfiyyətli oyunlarımız olub. Komanda keyfiyyətli oyun göstərə bilir, sadəcə onu nəticəyə çevirə bilmirdik. Fasilədən sonra paltardəyişmə otağında komandanın ruhunu gördüm. İnam yarandı ki, fasilədən sonra geridönüş edə bilərik. Onu da bacardıq. Psixoloji baxımdan çox vacib qələbədi. Motivasiyanın arxasında üç xal dayanıb. Sonuncu pillədən qurtulmağımız motivasiyadı.

- Premyer-liqada qalmaq baxımından qarşıdakı oyunların hansı həlledici olacaq?
- Hər üç oyun bizim üçün çox vacibdi. Çox istəyirdik ki, hər şey son turdakı "Şamaxı" oyununa qalmasın. "Qarabağ" çox güclü komandadı. Amma bizim də itirəcəyimiz bir şey yoxdu. Qabağa atılmalı və nəyimiz varsa, meydanda qoymalıyıq. Demirəm ki, "Qarabağ"ı udacağıq. Mübarizə aparacağıq, necə alınacağını görəcəyik. Çox çalışacağıq ki, hər şeyi son tura saxlamayaq. Çünki son oyun lotoreya kimi olacaq. Hər şey ola bilər, təsadüf də. Qalan üç oyunda maksimum nəticə istəyirik.

- Aparıcı oyunçuları ikinci hissədə meydana daxil etdiniz. Bu, əvvəlcədən planlaşdırılmışdı?
- Biz düşünürük. Onu həyata keçirən, icra edən futbolçular var. Bunu etməyəndə, alınmır. Amma bu gün alındı. "Sumqayıt"ın oyunlarını dünən gecəyə qədər analiz etmişəm. Baxırdım ki, sanki axırlarda bu komandada durğunluq var. Deməzdim ki, fiziki durum aşağıdır, xeyr. Birinci hissədə, 70-ci dəqiqəyə qədər sürətli, dinamik futbol nümayiş etdirirlər. Amma bəzi oyunlarda sonradan qopurlar. Mənim də düşüncəm belə idi ki, sonradan meydana sürətli, keyfiyyətli, oyunu öz üzərinə götürə bilən futbolçuları buraxım. Bu dəfə alındı. Belə deyim var, "məşqçi düşünür, futbolçu yerinə yetirir". Futbolçular düşünsəydi, məşqçi lazım olmazdı. Yəni biz düşünürük, nə qədər alınması, futbolçulardan asılıdı.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

31-03-2023, 18:0

“Yaxşı oyunla qələbə qazandıq”

Premyer-liqa / Manşet

1-05-2023, 23:0

“Komanda yaxşı mübarizə apardı”

Premyer-liqa / Manşet

5-03-2023, 19:0

"Dominant oyun göstərməyə çalışdıq"

Ölkə kuboku / Manşet

27-04-2023, 23:0

“Uduzmağımıza baxmayaraq xarakter göstərdik”

Premyer-liqa

11-09-2022, 21:0

"Bura qədər çox xallar itirmişdik" - Vüqar Əsgərli

Premyer-liqa / Manşet

5-02-2023, 18:0

Elmar Baxşıyev: "Ağır olacağını təxmin edirdik"

Aktual
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Son xəbərlər
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Daha çox
Oxunub: 192
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 169
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə