MBA-da 1/8 final seriyalarından üçünün qalibi artıq bəllidi.
"Football-plus.az" xəbər verir ki, “Filadelfiya 76” “Bruklin”i ilk 4 oyunun hamısında məğlub etdi. “Minnesota” ilə seriyada 4:1 hesabıyla qalib gələn “Denver” isə 1/4 finalda “Finiks”lə qarşılaşacaq. “Günəşlər” “Klippers”lə seriyadan qalib ayrıldı (4:1).
“Mayami” – “Miluoki” seriyasında srağagün keçirilən 4-cü oyun birincilərin forvardı Cimmi Batlerin benefisi kimi yadda qaldı. O, 56 xal toplamaqla MBA tarixində bir pley-off oyununda 4-cü məhsuldarlıq nəticəsi göstərdi. Çarlz Barkli, Uilt Çemberlen və Maykl Cordan da pley-off oyununda bunu bacarıb. Bu göstəricidə MBA rekordçusu 63 xalla Cordandı. Elcin Beylor (61) 2-ci, Donovan Mitçell (57) 3-cü pillədə qərarlaşıb.