Lakin Region Liqasında oyunların təşkili və keçirilməsinə cavabdeh olan AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev qarşılaşmanın təxirə salınmasını hər iki komandada təşkilati məsələlərdə axsalamalar olması və müraciətdən sonra oyunun tarixinin dəyişdirildiyini bildirdi.
"Football-plus.az" saytı olaraq məsələ ilə bağlı "Marxal-Şəki"in təsisçisi və prezidenti Elgün Hüseynovdan açıqlama aldıq:
"Stadionumuz təbii örtüyə sahibdi. Püşkatmadan sonra, həmçinin oyun ərəfəsində Şəkidə güclü yağış yağdı. Hava şəraitinin belə olması nəticəsində qazon yararsız vəziyyətə düşdü. Ona görə də rəqibə müraciət etdik ki, oyunu bir neçə günlüyə təxirə salaq. Sonra aydın oldu ki, onların 8 futbolçusu Ümrə ziyarətindədi. Belə olan halda "Qobustan" ilə birgə Region Liqasının təşkilatçılarından 1 həftə sonra oynamaq üçün icazə istədik. Sağ olsunlar, razılıq verdilər. Cavab matçı aprelin 23-də Şəkidə keçiriləcək".
ABDULLA İSMAYILOĞLU



