• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Demirəm ki, biz düşürüksə, bizi saxlayın"

Ölkə kuboku / Manşet

18-04-2023, 21:0

Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

"Football-plus.az" xəbər verir ki, "Qəbələ" "Səbail"i qəbul edib - 3:2. Matçdan sonra qonaqların çalışdırıcısı Şahin Diniyevin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Hesabda öndə idik. Amma bir neçə futbolçuda güc qutardı. Əsas heyətdən 8 oyunçumuz yox idi. Komanda meydanda pis görünmürdü. Çalışdıq ki, bu heyətlə cütün taleyini cavab matçına daşıyaq. Hər halda, cütün taleyi Bakıda həll olunacaq. Hər iki komandanın şansı var. Komandam qolları təsadüfən vurmadı. Həmin qolları qazandıq. Zəhmət çəkdilər. Kizito da qol vursaydı, hesab 3:1 olacaqdı və tam başqa cür oyun gedəcəkdi. Bəzi futbolçuları qoruduq. Üçüncü qolu vurmaq istəyirdik. Fikirləşirdik ki, “Qəbələ” irəli atılsın, biz də onları əks-hücumda tutaq. Çətinliklə qol vurub, qapımızda asanlıqla qol görürük. Sadə qollar buraxırıqsa, problemdi. Amma futbol oynamağı bacaran komandayıq".


- Rəqiblər sizinlə oyunlarda arxayınlaşır?
- Biz hər iki cəbhədə vuruşuruq. Çempionat da bizim üçün çox vacibdi. Amma bu o demək deyil ki, kubokda təslim olacağıq. Harada şansımız var, maksimumu etməliyik. Çempionatda da uğurlu matçlarımız var idi, bu da arxasıdı, gəlir.

- Cavab matçında rotasiyalar olacaq, yoxsa döyüşkən heyət görəcəyik?
- Fikirləşəcəyik. “Neftçi” ilə çempionat oyunundan sonra da futbolçuların durumu çox vacibdi. Udmaq üçün mütləq hücum etməliyik. Kubok elədi ki, iki oyunda da taktiki cəhətdən ağıllı oynamalısan. Əvvəl səfər qolunun vacibliyi var idi ki, çox gözəl qaydaydı. Sonradan ləğv edildi. Bizə indi qələbə vacibdi. Buna görə də daha çox hücumameyilli futbolçulardan istifadə edəcəyik. Finala çıxmaq istəyiriksə, hücum etməliyik. Şanslar bərabərdi. Bir-birinə bənzəməyən iki matç olacaq.

- Cavab qarşılaşmasında cütün taleyi penaltilərə qalsa, qapıda hansı qolkiper dayanacaq?
- Start heyətində meydana hansı qapıçı çıxacaqsa, sona qədər də dayanacaq.

- Samir Abasov deyib ki, heç bir komandanın premyer-liqadan düşməsini istəmədiyini deyib...
- Bir fikir deyəndə, ikiyə bölünür. Yəqin ki, deyəcəyim söz bir həftə də müzakirə olunacaq. “Sumqayıt”, “Şamaxı”, “Kəpəz”, “Səbail”in 11-12 komandası var. U-9, U-11, U-15 necə olacaq? Əsas komandanı kənara qoyuram, yaxşı 30 futbolçu itdi, bəs qalanları? 11-12 yaşlılardan ibarət komandaların taleyi necə olacaq? Demirəm ki, biz düşürüksə, bizi saxlayın. Dörd komandanın taleyindən danışmışdım. Yerimizə gələcək klubun 12 fərqli komandası varsa, razıyam. Yəni, uşaqlar itməyəcək. Hazırki liqadakı klubların hamısının akademiyası var.

- Bu mövsüm əvəzedici heyətdən əsas komandaya cəlb olunanlar azdı. Bu nə ilə bağlıdı?
- İki məqam var. Birincisi odu ki, gənc limiti olanda məcburiyyətdə iki oyunçu götürə bilirdin. Mən gənclərə yol vermək istəyən məşqçilərdənəm. Təcrübə nəticə deməkdi, gənclik nəticə deyil, sabaha ümiddi. Biz də bugünkü gündə sabahı yox, bu günü düşündüyümüz üçün oyunlar vacibdi. Gənclərə yer verə bilmirik. Əvəzedici heyətdə yaxşı oyunçularımız var. Onlara məşqlərdə yer veririk.

- Hansısa komanda premyer-liqada qalmağı bacarmırsa, AFFA-dan "bizi saxlayın, hamımızı saxlayın" istəyi nə dərəcədə doğru və ədalətlidi? Divizionda olsanız da, akademiyanız fəaliyyətini davam etdirə bilməz?
- UEFA-nın tələbləri var. Ona əsasən premyer-liqadakı klubun bayaq dediyim qədər aşağı yaş qrupu olmalıdı. Amma UEFA-nın tələbində divizionda oynayan komandanın akademiyası olmasa da, oynaya bilər.

- Peşəkar yanaşırıqsa, demək ki, divizion klubu da akademiya saxlaya bilər də...
- Əlbəttə. Bəs büdcə?

- Sponsorunuz yoxdu? Onlar premyer-liqada qalacağınız təqdirdə, sizə sponsorluq edəcək?
- Bu mənə aid sual deyil. Dövlət tərəfindən ayrılan pulla saxlamaq olursa... Bu gün əsas komandada perspektiv yoxdusa...

- Bir il sonra qayıtmaq olar da premyerliqaya...
- Kim qaranti verə bilər?

- Rəhbərlik...
- Biz harada yaşayırıq?

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Manşet

9-12-2022, 20:0

Mahmud Qurbanov: "Qol olsaydı, cütün taleyi həll olunacaqdı"

Premyer-liqa / Manşet

5-03-2023, 19:0

"Dominant oyun göstərməyə çalışdıq"

Ölkə kuboku / Manşet

8-12-2022, 20:0

Rəşad Sadıqov: “Meydanda amansız mübarizə gedirdi”

Premyer-liqa / Manşet

10-02-2023, 18:0

Laurentsiu Regekampf: “Bəlkə də, onunla danışacaq səviyyədə deyiləm”

Ölkə kuboku / Manşet

8-12-2022, 22:0

Elmar Baxşıyev: "İstədiyimi komandamdan görürdüm"

Premyer-liqa / Manşet

9-04-2023, 18:0

“Layiqli 1 xal qazandıq”

Aktual
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Son xəbərlər
  • Bu gün, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Bu gün, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 79
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə