Misli premyer liqasında 30-cu tur sona çatır.
“Football-plus.az” xəbər verir ki, “Şamaxı” “Sumqayıt”ı qəbul edib - 0:0. Oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Vüqar Əsgərlinin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
"Sumqayıt"la oyunlarımız həmişə maraqlı keçib. Şəxsi görüşlərdə bərabərlik idi. Artıq 4-cü dövrədi, komandalar bir-birini daha yaxşı tanıyır. Futbolçular verdiyimiz tapşırıqları düzgün yerinə yetirdilər. "Sumqayıt"a uğurlar arzu edirəm”.
- Ev oyunlarında qələbə qazanmaq daha vacibdr. Bu gün əsas rəqiblərinizdən biri ilə heç-heçə etdiz...- Ev, səfər fərqi yoxdu. Biz hər oyuna qələbə üçün çıxırıq. Futbolçularımız bu gün də əzmkarlıq göstərdi. Bəzən qələbə qazanmaq alınmır.
- Nihat Quliyevi start heyətdə meydana buraxmamağınızın səbəbi nə idi?- Nihatın bir az yorğunluğu var idi. Həm də məşqlərdə kim özünü yaxşı göstərsə, ona şans veririk.
- Şahin Diniyev bildirdi ki, premyer-liqanı kim tərk etsə, bu, həmin klub üçün faciə olacaq. Sizin fikriniz necədi?- Çempionat başlamamışdan bilirdik ki, bir klub elitanı tərk edəcək. Amma çox istəyərdim heç bir komanda premyer-liqanı tərk etməsin. Bütün komandalar yaxşı işlər görür. Biz özümüz sona kimi mübarizə aparacağıq.