• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İstedadı olan uşaqlar futbol məktəbinə yalnız öz ayaqlarıyla gəlməməlidi” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet / Müsahibə

10-04-2023, 23:0

SSRİ dönəmində üzdə olan klublardan biri də "Göyəzən" idi.

Qazax təmsilçisi müstəqillik illərində də elitada çıxış etdi. Həmin vaxt heyətdə yer alanlardan biri də qapıçı Namiq Bayramov idi. Uzun illər doğma komandasında oynadıqdan sonra karyerasını bitirən "əlcək sahibi” hazırda qapıçılarla işləyən məşqçidi. Həmçinin aşağı yaş qrupları üzrə komandalarda yeniyetmə qolkiperlərin yetişdirilməsində yaxından iştirak edir. Onunla söhbətimiz də əsasən Qazax futbolu ilə bağlı oldu.

- 40 yaşınıza kimi “çərçivə”ni qorumusuz. “Qapıçılar üçün yaş limiti yoxdu” deyirlər. Futboldan ayrı düşmək çətin olmadı?
- İlk illərdə bir qədər çətin oldu. Amma şükürlər olsun, futboldan uzaqlaşmamışam. Məşqçiliyə qədəm qoydum. Hazırda da həm "Göyəzən"də, həm də rayonumuzun aşağı yaş qruplarını birləşdirən "Qazax Siti"də təcrübəmi yeniyetmələrə aşılayıram. Əsas odu ki, sevdiyim işlə məşğulam.

- Həmkarınız Hüseyn Məhəmmədov "bəzən gənc qapıçıların oyunlarına baxanda karyeramı bərpa etmək istəyirəm” deyib. Sizdə də belə istək olub?
- Bəli, məndə də olub. Əsasən də gənc qapıçılar kobud səhvlər edəndə öz-özünə deyirsən ki, mən bunu etməzdim, kaş ki, qapıda dayanardım.

- Qapıçı Namiq Bayramovla məşqçi Namiq Bayramov arasında çox fərq var?
- Əlbəttə, fərq var. Hətta yaşa dolduqca dəyişikliklər də olur (gülür). Qapıçı olarkən daha çox öz çıxışına və oyuna köklənirsən. Amma məşqçi kimi daha çox nüansa diqqət yetirir və məsuliyyətinin də böyük olduğunu anlayırsan. Məşq zamanı uşaqlara xüsusi qayğı ilə yanaşmalı, məşq və oyun zamanı səhvlərini çevik şəkildə nəzərdən keçirməli, sonra da onlara göstərib aradan qaldırmasına hərtərəfli kömək etməlisən. Yəni məşqçiliyin çox detalı var. Futbolçu kimi yalnız özünə görə məsuliyyət daşıyırsansa, məşqçi olanda bütün oyunçuların məsuliyyəti sənin üzərində olur. Ona görə də qapıçılarla çalışanda özümü maksimum işimə kökləyirəm.

- Son illərdə ölkə futbolunda səviyyəli qapıçı qıtlığı yaranıb. Sizcə, bunun səbəbi nədi?
- Həqiqətən də bu çox üzücü haldı. Halbuki Azərbaycan futbolunda daim səviyyəli qapıçılar olub. Bunun əsas səbəbi həyətlərdə, məktəblərdə oynayan futbolçuları tapıb üzə çıxarmamağımızdı. Bundan başqa, ampluasından asılı olmayaraq, bütün futbolçularda, qapıçılarda isə daha çox istedad olmalıdı. Məşqçilər də onları tapıb üzə çıxarmalı və daha da inkişaf etdirməlidi. Amma təəssüf ki, bir çox hallarda bu dediklərimi bəzi məşqçilər görməzdən gəlir. İstedadı olan uşaqlar futbol məktəbinə yalnız öz ayaqlarıyla gəlməməlidi. Onları axtarıb məktəblərə cəlb etmək lazımdı. İnanıram ki, bizdə qapıçılıq istedadı olan yetərincə uşaq var. Sadəcə, həm valideynlər, həm də seleksiyaçılar və məqşçilər onları görüb-qiymətləndirməlidi.

- Sizə elə gəlmir ki, yaxın ölkələrdən olan qapıçıları “milliləşdirməklə” yerli istedadlı uşaqları məhv edirik. Olmaz ki, Yusif İmanov kimi gənclərə şans tanıyaq?
- “Milliləşdirmə” ilə bağlı nəsə deyə bilmərəm. Amma sevindirici haldı ki, Yusif İmanov bu mövsüm "Sabah"da əvəzlənmədən oynayır. Millimizə də dəvət alıb. İnanıram ki, digər gənc qapıçılara da şans veriləcək. Bu ənənə olsa, legioner qapıçılara ehtiyac qalmayacaq.

- Yığma AÇ-2024-ün seçmə mərhələsinə uğursuz başladı. İki oyunda uduzmaqla yanaşı, qapımızda 9 qol gördük. Qapıçılarımız zəif çıxış etdi. Sizcə, bu qədər səhvlərin səbəbi nədi?
- Meydanda ən axırıncı oyunçu qapıçıdı. Ona görə də səhv edəndə tez gözə çarpır. Onun səhvi qol deməkdi. Hətta yarımmüdafiə və ya müdafiədə top itkisi, səhvlər olanda da çoxları yenə qapıçını günahkar bilir. Halbuki futbol kollektiv oyundu və irəlidə çıxış edənlərin səhvi, xətlərarası əlaqənin pozulması nəticəsində qol buraxılanda bu qapıçının yox, bütün komandanın səhvidi. Ona görə də Avstriya və İsveç kimi güclü yığmalarla oyunda ancaq qapıçıların zəif çıxış etdiyini vurğulamağı və onları daşa basmağı düzgün saymıram. Komanda uduzursa, hamı günahkardı.

- Qitəmiqyaslı turnirlərdə və yığmada təcrübəsi olmayan Yusif İmanova Avstriya ilə oyunda start heyətində şans verilməsi nə dərəcədə doğru idi?
- Niyə də şans verilməməliydi? Nə vaxt oynayıb təcrübə toplayacaq? Nə qədər çox gənc qapıçılara güvənsək, bir o qədər qapı xəttimiz gələcəkdə etibarlı olacaq.

- Yığmanın baş məşqçisi olsaydız, sona qədər təcrübəsi olmayan Yusifə İmanova şans verərdiz?
- Güya digər qapıçılara güvənilsəydi, nəticə fərqli olacaqdı? Gəlin, məsələyə soyuq başla yanaşaq. Heç kim deyə bilməz ki, qapıda Emil Balayev və ya Səlahət Ağayev dayansaydı, qələbə qazanacaqdıq. Ya bir top çox, ya da az buraxacaqdıq. Nəticə dəyişməyəcəksə, heç olmasa, gənc futbolçulara, qapıçılara şans verib onları ölkə futboluna, yığmamıza qazandıraq.

- "Göyəzən"in və klubdakı qolkiperlərin çıxşını necə qiymətləndirərdiz?
- Bildiyiniz kimi, xeyli vaxtdı Region Liqasının Qərb zonasında çıxış edirik. Heyətimiz yerli uşaqlardan ibarətdi. Bu mövsüm qrupda 4-cü yeri tutduq. Bizim üçün artıq çempionat başa çatıb. Növbəti mövsümə hazırlaşacağıq. Qapıçılarımız hələ cavandı, üzərlərində çalışırlar. Ona görə də onların çıxışından tam razı deyiləm.

- Gələcəkdə Qazaxda ən azı Amil Ağacanov səviyyəsində qapıçılar yetişəcək?
- Biz ondan da səviyyəli qapıçılar yetişdirmək istəyirik. Hazırlıq keçdiyimiz yetirmələrimizin zamanla parlayacağına ümidimiz böyükdü.

- "Göyəzən"in 1-ci divizionda, sonradan isə elitada çıxış edəcəyinə inanırsız?
- İnam insanı sabaha aparır. Ona görə də "Göyəzən"in gələcəkdə daha yüksək liqalarda çıxış edəcəyinə inamım böyükdü.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Manşet / Müsahibə

8-04-2023, 12:0

Süleyman Məmmədov Qazaxda uşaq futbolunun problemlərini açıqladı - MÜSAHİBƏ

Ölkə futbolu / Müsahibə

6-04-2023, 12:0

“Məqsədimiz Qazaxda futbolu ölməyə qoymamaqdı” - MÜSAHİBƏ

Manşet / Yazarlar

5-07-2022, 20:0

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Aktual
“Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
"Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
"Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Son xəbərlər
  • Bu gün, 19:15
    "Neftçi" üç legioneriylə vidalaşdı - Abubakar da getdi
  • Bu gün, 18:44
    Bundesliqada çempion olmuş komanda aşağı liqaya yuvarlandı!
  • Bu gün, 18:13
    Konte hansı klubun başına keçəcək?
  • Bu gün, 17:42
    “Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
  • Bu gün, 17:22
    Fransa klubunda gözləniməz istefa
  • Bu gün, 16:51
    "Sabah" Nicatla yola davam etmədi
  • Bu gün, 16:20
    Pasportu oğurlandı, məşqlərdən kənarda qaldı
  • Bu gün, 15:59
    “Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
  • Bu gün, 15:38
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 15:16
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 14:55
    Mövsümün ən yaxşı gənc futbolçusu seçildi
  • Bu gün, 14:24
    Qadın millimizin heyəti açıqlandı
  • Bu gün, 13:53
    "Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
  • Bu gün, 13:22
    "Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
  • Bu gün, 12:51
    Usik Həbibi seçdi
  • Bu gün, 12:20
    Acun ''Hall Siti''ni Las Veqasa aparacaq
  • Bu gün, 12:12
    Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
  • Bu gün, 11:59
    Əfran İsmayılov "Şəfa"da vitse-prezident oldu
  • Bu gün, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Bu gün, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Bu gün, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
  • Bu gün, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 212
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 199
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Oxunub: 194
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə