• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Süleyman Məmmədov Qazaxda uşaq futbolunun problemlərini açıqladı - MÜSAHİBƏ

Manşet / Müsahibə

8-04-2023, 12:0

"Göyəzən"in yaxşı vaxtlarında bölgə təmsilçisində Süleyman Məmmədov kimi vinger çıxış edirdi.

Futbolçu kimi ancaq Qazax təmsilçisində oynayıb. Karyerasını erkən başa vuraraq doğma klubun 14-15 yaşlı komandalarında baş məşqçi kimi işləməyə başlatıb. Hazırda "Qazax Siti" uşaq futbol klubunun təsisçisi və əlaqələndiricisi olmaqla yanaşı, "Göyəzən"də baş məşqçinin köməkçisidi.

Süleyman Məmmədovun "Football-plus.az" saytına müsahibəsini təqdim edirik.

- Öncə "Qazax Siti"nin yaranmasından danışaq...

- "Göyəzən" elitadan 1-ci diviziona, ordan da Region Liqasına yuvarlandı. Bu üzdən uşaq komandaları da fəaliyyətini dayandırdı. Bəzi futbolçuları əsas komandaya cəlb etdik, qalanları isə futboldan getdi. Bildiyiniz kimi, klubun maddi dayaqları yoxdu. Ancaq AFFA tərəfindən hər oyuna 300 manat ayrılır. Lakin bütün çətinliklərə baxmayaraq, klubumuzun təsisçisi Rəhman Salmanov başda olmaqla hamılıqla çalışırıq ki, doğma Qazaxımızda futbol ölməsin. Ona görə rayonumuzda uşaq futbolunu yenidən inkişaf etdirmək üçün "Qazax Siti"ni yaratdım. Bir neçə aydı fəaliyyət göstəririk. Hazırda mən, qardaşım Ədilxan Məmmədov və veteran qapıçımız Namiq Bayramovla birlikdə uşaqlara futbol biliyimizi aşılayırıq.

- "Qazax Siti"də hansı yaş qrupları üzrə uşaqlar var?

- 5 yaşdan 14 yaşa kimi uşaqlarla işləyirik. 15 yaş və daha yuxarılar isə əsas komandada məşq edir.

- Qazaxın kəndlərində və yaxın rayonlarda istedadlı uşaqları axtarırsız?

- Bəli. Biz mütəmadi olaraq kəndlərimizdə, həmçinin Ağstafada bu işlə məşğuluq. Tovuzu demirəm, çünki onların artıq akademiyaları var. Amma əvvəl həmin rayondan da uşaqlar axtarırdıq.

- Kəndlərdə, yoxsa rayonun özündə istedadlı uşaqlar çoxdu?

- Kəndlərdə potensiallı uşaqlar daha çoxdu. Sadəcə, maddi durumumuz zəif olduğu üçün hamını məşqə cəlb edə bilmirik. Onların da çoxu böyüdükcə ya təhsil, ya da iş-güc dalınca qaçır. Maddi durumumuz yaxşılaşsa, həm "Göyəzən"ə, həm də ölkə futboluna çox oyunçu qazandırardıq. Necə ki, vaxtilə Amil Ağacanovu, Elvin Yunuszadəni qazandırdıq.

- Başqa klubların seleksiyaçıları yetirmələrinizin oyunlarını izləməyə gəlir?

- Bəli. Yuxarıda qeyd etdiyim kimi, bir neçə aydı fəaliyyətə başladığımızdan hələ ki özümüz uşaqları inkişaf etdirməliyik. Amma Ədilxan və Namiq müəllimin yetirmələrindən "Qəbələ" ilə "Vətən"ə keçənlər olub. Həmçinin veteran qolkiperimizin oğlu Fərman Bayramov "Araz Naxçıvan"da çıxış edir.

- Əvvəllər də "Gözəyən"in aşağı yaş qruplarında məşqçi işləmisiz. Bu müddət ərzində təxminən neçə futbolçunu əsas komandaya qazandırmısız?

- 2007-ci ildə elita ilə vidalaşdıqdan sonra komandaya öz yetirmələrimizin axını başladı. Həmin vaxt mən əvəzedici komandada işləyirdim. Elə o vaxt 11 yetirməm "Göyəzən"ə cəlb olundu və komandanın sütununu təşkil etdilər. Hazırda da həmin futbolçuların çoxu bizimlədi. Hər il ən azı 2-3 yetirməmizi əsas komandaya cəlb edirik. Bu mövsüm heyətdəki 25 futbolçudan 6-7 nəfəri 16-17 yaşlı yetirmələrimizdi.

- Sizin dövrünüzdəki nəslin futbola yanaşmasıyla indikilərin baxışı arasında çox fərq var?

- Bizim vaxtımızda futbola maraq daha çox idi. Buna baxmayaraq, şəraitimiz yox idi. Hazırda isə hər cür şərait var, amma futbola maraq zəifdi.

- Valideynlər arasında uşaqlarını məktəbinizə gətirənlər, yoxsa futboldan ayıranlar çoxdu?

- Hər ikisindən var. Valideynləri də qınamaq olmur. Elə zəmanədi ki, valideynlər övladlarının marağını gözləyir, əsas da təhsil məsələsində. Təhsil hazırda idmanı üstələyir. Amma yaxşı olardı ki, valideynlər istedadlı uşaqlarını idmandan da ayırmasınlar. Heç olmasa, sağlamlıq baxımından övladlarını idmandan uzaqlaşdırmasınlar.

- Dünən Tovuzda Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı təşkil olunan turnirdə də iştirak etdiz. Bu barədə təəssüratınız maraqlıdı...

- Əvvəla, AFFA-ya bu cür turnir təşkil etdiyinə görə təşəkkürümü bildirirəm. Turnirdə 2011-12-ci il təvəllüdlü yetirmələrimiz iştirak etdi. Sevindici haldı ki, məhz bizim komanda 1-ci oldu. Yetirmələrimin hər birini təbrik edirəm. Uğurlarımızın davamı gəlsin.

- Siz həm də əsas komandada köməkçi məşqçisiz. "Göyəzən"in bu mövsüm çıxışını necə qiymətləndirərdiz?

- Region Liqasının Qərb zonasında pis-yaxşı mübarizə apardıq. Heyətin böyük əksəriyyəti öz yetirmələrimizdi. Qrupda Şəkinin, Yevlaxın güclü təmsilçiləri yer almışdı. Hər birinin heyətində üst səviyyəli futbolçular var. Həmçinin onların maddi durumu da bizdən daha yaxşıdı. Düzdü, səhvlərimiz də oldu. Bu üzdən bir neçə oyunda uduzduq. Ümumilikdə qrupda 8 komanda arasında 4-cü yeri tutduq, gəncləri komandamıza qazandırdıq. Ona görə çıxışımızı normal hesab edirəm. Gələn mövsüm daha yaxşı çıxış etməyə çalışacağıq.

- Tarixi olan "Göyəzən"in nə vaxtsa heç olmasa 1-ci divizionda çıxış edəcəyinə inanırsız?

- "Göyəzən" həqiqətən ənənəsi, tarixi olan klubdu. Stadionumuz, köməkçi meydançalarımız, bazamız, uşaq komandamız, otelimiz var. AFFA-ya 1-ci divizionda çıxışımıza icazə verilməsi üçün məktub yollamışıq. Təbii ki, sponsor tapsaq, vəziyyətimiz yaxşılaşardı. Ölkə futbolunda yazdığımız tarixə, ənənəmizə görə ən azı 1-ci divizionda çıxış etməyə layiqik.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər
Aktual
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
Son xəbərlər
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:28
    "Karvan-Yevlax"dan qələbə, "Qarabağ" azlıqda qalan "Sabah"a uduzdu - YENİLƏNİB
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Dünən, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Dünən, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    "Futbolçular daha məsuliyyətli olmalıdı" - Ayxan Abbssov
  • Dünən, 17:24
    ''Fənər'' fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı - Bu mövsüm 3-cü dəfə...
  • Dünən, 17:08
    Zelim Tçkayev bürünc medal qazandı - AÇ
  • Dünən, 16:56
    “Qarabağ” son səkkiz oyunda “Sabah”a qalib gələ bilməyib - növbəti tamaşa olacaqmı?
  • Dünən, 16:25
    Emin Əmrullayevdən "Neftçi"yə dəstək
  • Dünən, 15:53
    “Sabah”ın futbolçusuna “sarı” verməyən Tural Qurbanov “Qarabağ”ın oyununda... – niyə, Rəhim Həsənov?
  • Dünən, 15:22
    "Karvan-Yevlax" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 14:51
    İngiltərəli əfsanə Kriştiano Ronaldonun onu sevməməsinin səbəbini açıqladı
  • Dünən, 14:30
    Kapitanla müqavilə yenilənəcək
  • Dünən, 14:09
    “Qarabağ” Elçin Məsiyevi görüb, “Sabah”a uduzub! – amma ağdamlılar üçün bədayaq tək o deyil...
  • Dünən, 13:58
    Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
  • Dünən, 13:27
    Fransa klubunu əlavə xərcə saldı
  • Dünən, 12:56
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 12:25
    Yunanıstanın ən prinsipial oyununu türkiyəli hakim idarə edəcək
  • Dünən, 11:54
    Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
  • Dünən, 11:23
    Flik niyə tələsmir?
  • Dünən, 10:52
    Arbeloanın yerini kim tutacaq?
  • Dünən, 10:31
    Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
  • Dünən, 10:00
    Kocamandan iddialı sözlər: ''Qarşıdakı 20 il ''Fənərbaxça''nın dönəmi olacaq''
Daha çox
Oxunub: 246
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 220
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 213
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 153
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 150
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 143
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə