• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Divizion klubları AFFA-nın ayıracağı 300 mini yetərli saymır - AÇIQLAMALAR

1-ci liqa / Manşet

10-04-2023, 16:0

AFFA bu mövsüm 1-ci divizionda çıxış edən müstəqil komandalara 200 min manat ayırmışdı. Növbəti mövsümdən isə bu rəqəmin 300 min olacağı dəqiqləşib. Görəsən, 300 min manat klubların bütün xərclərini ödəmək üçün bəs edəcəkmi?

"Football-plus.az" olaraq bu sualı aydınlaşdırmaq üçün klub rəsmilərinə müraciət etdik.

Ruslan Həmidov ("Mingəçevir"in İdarə Heyətinin sədri):

"Əvvəla, AFFA-ya bizə göstərdiyi qayğıya görə minnətdarlığımızı bildiririk. Məbləğə gəlincə, peşəkar futbol klubunu saxlamaq üçün nə qədər çox vəsait ayrılarsa, bir o qədər yaxşıdı. 200 min manatla müqayisədə 300 min daha yaxşıdı. Amma bununla da keçinmək olmaz. Biz daim sponsor axtarışındayıq. Çünki xərclərimiz çoxdu, 200 min manatı güclə çatdırırıq. Stadionumuz təmir olunmalıdı, yeni ot örtüyünə ehtiyacımız var. Səfər oyunlarına gedirik deyə, əvvəlcədən avtobus tutulmalıdı, futbolçularımızın maaşı, qidalanması, zədələnəndə müayinəsi və başqa zəruri ehtiyaclarımız var. Heyətimizdə 8 gəlmə futbolçu var. Onlara elə məvacib verməliyik ki, komandada saxlaya bilək. Bundan başqa, aşağı yaş qrupları üzrə komandalarımızı formalaşdırmalıyıq. "Mingəçevir"in yaşamasını istəyiriksə, bunu mütləq etməliyik. Hazırda 12-13, 16 və 17 yaşlılardan ibarət komandalarımızın yaradılması istiqamətində işlər görürürk. Növbəti mövsümdən artıq bu komandalarımızın iştirakı nəzərdə tutulub. Bütün sadaladıqlarım da çoxlu xərc tələb edir. Ona görə yuxarıda vurğuladım ki, nə qədər çox pul ayrılsa, o qədər yaxşıdı. Bununla yanaşı, sponsor axtarışlarımız da davam edir. Minimum xərclərimizi qarşılayacaq sponsor tapsaydıq, vəziyyətimiz bir az da yaxşılaşardı".


Azər Həşimov ("Qaradağ Lökbatan"ın baş məşqçisi):

"1-ci divizionun səviyyəsini götürsək, 300 min manat pis məbləğ deyil. Könül istərdi ki, daha çox olsun. Çünki komandada xırda detallardan tutmuş futbolçuların sağlamlığı, məvacibləri, səfər xərclərinə qədər hamısı puldu. Xərcləri güclə qarşılayırıq. Sağ olsun AFFA, onun yardımı olmasa, klubların ayaqda qalması, demək olar, mümkünsüz olar".


Azər Bağırov ("Araz Naxçıvan"ın baş məşqçisi):

"300 min manat 1-ci divizionda normal komanda yaratmaq üçün kifayət deyil. Minimum 400-450 min ayrılmalıdı. Bundan başqa, Bakı və onun ətrafındakı komandalarla bölgə təmsilçiləri arasında da fərq olmalıdı. Məsələn, bizə bu mövsüm AFFA-dan 200 min ayrıldı. Bizim yalnız futbolçuların oteldə qalması, qidalanması və təyyarə xərcimiz 150 mindi. Ümumi büdcəmiz isə 200 mindən 1,5 dəfə çoxdu. Sözüm odu ki, klublar birbaşa AFFA-dan asılı olmamalı, özləri də sponsor axtarışında olmalıdı. Müasir dövrümüzdə futbol böyük biznesdi. Biz də ölkə futbolunda biznes layihələri hazırlamalıyıq. Zəngin iş adamlarını, sahibkarları, yüksək gəliri olan şirkətləri bu işə sövq etmək lazımdı. Bu gün futbolumuzun ən problemli tərəfi uşaq futbolunun olmamasıdı. Bu sahəni də inkişaf etdirmək üçün akademiyalar yaradılmalıdı. Akademiyaların minimum xərci isə 200-250 mindi. Uşaq futboluna yatırımlar etməsək, Azərbaycanda futbol inkişaf etməyəcək. Bundan başqa, hər bir klub uşaq komandalarından tutmuş peşəkar komandasına qədər ancaq yerli məşqçilərə və əlaqələndiricilərə güvənməli, onların savadlanması üçün müntəzəm xarici ölkələrdəki seminarlara, kurslara göndərməlidi. Qısası, müasir futbolun şərtlərinə uyğun peşəkar klub yaratmaq üçün güclü maliyyə dayaqları olmalıdı".


Aqşin Mürsəlov ("İmişli"nin İdarə Heyətinin sədri):

"AFFA-nın ayırdığı 200 min, həmçinin növbəti mövsüm üçün nəzərdə tutduğu 300 min manat birbaşa 1-ci divizionun səviyyəsinə uyğun klublara ödənilir. Amma bir klubu saxlamaq, minimum səviyyədə inkişaf etdirmək üçün ən azı 500 min, yaxşı komanda formalaşdırmaq üçün isə 1 milyon manat və daha çoxuna ehtiyac var. Bildiyiniz kimi, İmişlidə futbolu yenidən dirçəltdik, görüləcək çox iş var. Stadionumuz uzun müddət idi baxımsızlıqdan pis vəziyyətə düşmüşdü. Minimum standartlara cavab verməsi üçün hələ də əziyyət çəkir, xeyli vəsait xərcləyirik. Divizionda çıxış edən futbolçuların səviyyəsi premyer-liqanın biraddımlığında olmalıdı. Amma klubumuzdakı oyunçuların çoxunun elita təcrübəsi yoxdu və indi-indi təcrübə toplayırlar. Çox istərdim ki, "İmişli"də elita təcrübəsi olan futbolçular çıxış etsin. Bundan başqa, 10 yaşlılardan başlayaraq, 16-17 yaşadək komandaları yaratmalı, akademiya tikməliyik. 200-300 min manatla isə bunları etmək mümkün deyil. AFFA-nın ayırdığı pulla məşqçi və futbolçularımızın maaşını, səfər xərclərini güclə ödəyirik. Divizionda çıxışımıza icazə veriləndən sponsor axtarışındayıq, amma hələ bir nəticə yoxdu. Açığı, elita təmsilçilərinə güclə sponsor tapılırsa, aşağı liqa komandalarına iş adamları pul yatırmaqda heç maraqlı deyil. Ona görə gələcəkdə istərdik ki, sponsor tapana qədər AFFA 300 min manatdan daha çox vəsait ayırsın".


Rüstəm Məmmədov ("Zaqatala"nın baş məşqçisi ):

"AFFA-ın növbəti mövsümdən divizion təmsilçilərinə 300 min manat ayıracağına sevinirik. Ən azı 200 mindən daha çoxdu. 200 min, demək olar, xərclərimizi qarşılamır. Məbləğ o qədər azdı ki, nə istədiyimiz transferləri edirik, nə yaxşı toplanış keçirik, nə də başqa zəruri işləri görə bilirik. Qiymət artımı da işimizi çətinləşdirdi. Səfər oyunlarına çox xərcimiz çıxır. Məsələn, qiymət artımına qədər 100 manat xərc olurdusa, indi yarıbayarı çoxalıb. Heyəti də güclə qoruyuruq. 300 min manatın ayrılması işimizi bir qədər yüngülləşdirəcək. Amma peşəkarlaşmaq, uşaq futbolunu inkişaf etdirmək, aşağı yaş qrupları üzrə komandaları yaratmaq üçün 300 min kifayət deyil. Bunun üçün ən azı 500 min lazımdı. O qədər vəsait olsa, hətta infrastruktura da əl gəzdirərik, çox şeyi yeniləyərik. Klub rəhbərliyi sponsor axtarışında olsa da, hələ müsbətə doğru bir addım yoxdu".


Qəzənfər Abbasov (MOİK-in baş məşqçisi):

"300 min manat divizion təmsilçiləri üçün olduqca az məbləğdi. Futbolçuların 10 aylıq maaşı, səfər xərcləri, sağlamlığı və əlavə xərcləri nəzərə alsaq, kifayət etmir. Bundan başqa, elita komandaları ilə divizion təmsilçiləri arasında hərtərəfli böyük uçurum var. Buna gecə-gündüz fərqi də deyə bilərik. Əslində isə 1-ci divizion komandaları premyer-liqa təmsilçiləriylə ayaqlaşmaq gücündə olmalı və bu fərq o qədər də böyük olmamalıdı. Bu gün premyer-liqanın autsayderi ilə divizionun liderini müqayisə etsək, onlar arasında ən azı 2-3 dəfə fərq görünəcək. Ona görə də diviziona daha yüksək məbləğ ayrılmalı, çempionatın səviyyəsi yüksəldilməlidi".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

8-03-2023, 19:0

"Füzuli"nin baş məşqçisi AFFA-nın ayıracağı 300 min manatı yetərli saymır - AÇIQLAMA

1-ci liqa

13-03-2023, 14:0

Divizion klubunun rəhbərliyi AFFA-nın qərarlarını dəstəkləyir - AÇIQLAMA

1-ci liqa

10-09-2022, 15:0

"Mingəçevir" niyə AFFA-nın qəzəbinə tuş gəlib?

Aktual / Ölkə futbolu

7-03-2023, 11:0

Peşəkar Futbol Liqasına ayrılan vəsait azalıb

Ölkə futbolu

7-03-2023, 11:0

AFFA-nın ötən il üçün xərcləri və gəlirləri açıqlandı

Aktual
Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
Son xəbərlər
  • Bu gün, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Bu gün, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Bu gün, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
  • Bu gün, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 212
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 204
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə