De Bruyne “3-lüy”ə yaxınlaşdı

25.01.2023 14:43 218
Dünya futbolu
De Bruyne premyer-liqa tarixində ən çox məhsuldar ötürmə verənlər siyahısında ilk “3-lüy”ə yaxınlaşdı.

Football-plus.az xəbər verir ki, belçikalı xavbek belə ötürmələrin sayını 97-yə çatdırmaqla 5-ci pillədə qərarlaşıb. Onu Frenk Lempard (102), Ueyn Runi (103), Fransesk Fabreqas (111) və Rayan Giqqz (162) qabaqlayır.

Kevin cari mövsümdə keçirdiyi 19 oyunda 3 qol vurub, 11 məhsuldar ötürmə verib.