“Memfis”in oyun qurucusu Ca Morentə martın 4-də yol verdiyi hərəkət baha başa gəlib.
"Football-plus.az" xəbər verir ki, MBA sosial şəbəkədə tapança göstərən basketbolçunu 8 oyunluq diskvalifikasiya edib. Buraxılan oyunları da nəzərə alsaq, müdafiəçi komandaya yalnız martın 21-də - “Dallas”la oyunda qoşula bilər. Bir neçə gün əvvəl Morentin MBA-nın komissarı Adam Silverlə görüşdüyü haqda xəbər yayılmışdı.
“Basket News” isə qeyd edir ki, basketbolçu bu qalmaqal üzündən 38 milyon dollar da itirə bilər. Morent mövsümün sonunda MBA-nın rəmzi yığmasına düşə bilməsə, məhz bu qədər puldan olacaq. Onun cari mövsümdə iştirak etdiyi 53 oyunda orta hesabla 27,1 xal topladığını, 8,2 məhsuldar ötürmə verdiyini və 6 ribaund etdiyini də xatırladaq.
Son iki gündə MBA-da keçirilən oyunlar ilə bağlı maraqlı məqamlara gəlincə, “Klivlend” evdə “Filadelfiya 76”ya uduzdu. “Siksers” ardıcıl 6-cı qələbəsini qazandı.