Avropa çempionatının əsas mərhələsi çərçivəsində bu gün Azərbaycan millisi sonuncu oyununu keçirib.
Futzalçılarımız Yunanıstandan olan həmyaşıdları ilə qarşılaşıb. Baş məşqçi İlqar Aslanov Bosniya və Herseqovinaya qarşı meydana buraxdığı “5-liy”i “döyüş”ə atmışdı. İlk dəqiqələrdən üstünlüyə sahib olan nominal qonaqlar yekunda böyükhesablı qələbə qazanıb. Bununla da komandamız AÇ-də çıxışını başa vurub.
Azərbaycan – Yunanıstan (0:7) 3:11
25 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20.00
Hakimlər: Martin Koster (Danimarka), Norbert Szilagy (Macarıstan), Nikola Manzione (İtaliya)
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
Qollar: Rüfət Məmmədli, 26:08, Fərid Abbasov, 29:23, Şahbaz Həndəmli, 39:55 - Panagiotis Grigorakos, 3:17, 12:52, Kiriakos Kountardas, 6:42, 27:48, Konstantinos Pavlidis, 6:58, Konstantinos Papasopoulos, 14:30, Gerasimos Tselios, 17:16, 23:25, 27:33, Aleksandros Adamopoulos, 19:41, Angelos Georgogiannis, 21:47.