Şkrinyar PSJ-nin hədəfində

26.12.2022 23:55 242
Dünya futbolu
PSJ "İnter"in müdafiəçisi Milan Şkrinyarla maraqlanır.

Football-plus.az xəbər verir ki, slovakiyalı futbolçu parislilər üçün Serxio Ramosun əvəzedicisi ola bilər. İspaniyalının müqaviləsi mövsümün sonunda bitəcək. PSJ Şkrinyara rəsmi təklif göndərməyə hazırlaşır. Oyunçu yanvarın 1-dən İtaliyadan kənarda istənilən klubla ilkin müqavilə bağlamaq imkanı əldə edəcək.