Millinin Polşaya qarşı oyunu Çempionlar Liqasına “qurban” verilib - AÇIQLAMA

7.03.2023 16:13 313
Yığma
Futzal yığmamız bu gün DÇ-2024-ün əsas mərhələsində Polşa millisiylə qarşılaşacaq.

"Koszalin" idman zalında baş tutacaq oyun Bakı vaxtıi ilə saat 23.00-da başlayacaq. Yığmamız elit raunda vəsiqəni təmin etsə də, görüş qrup liderliyi baxımından prinsipiallıq daşıyır. Bununla belə, "CBC Sport" matçı yayınlamayacaq.

Görəsən, bunun səbəbi nədi? "Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq:

"Biz oyunun yayınlanması üçün cəhd göstərdik. Sadəcə, Polşa tərəfiylə maddi məsələlərdə razılığa gələ bilmədik. Millimizin qrupdan çıxması da rəsmiləşib. Yəni bu görüş o qədər də intriqalı deyil. Və ən əsası, həmin saatda Çempionlar Liqasının oyunları başlayır. Millinin oyunu ÇL-in qarşılaşmalarıyla üst-üstə düşməsəydi, böyük ehtimalla yayınlayacaqdıq".

ABDULLA İSMAYILOĞLU