“Vaşinqton”un rusiyalı ulduzu Aleksandr Oveçkin atasını itirəndən sonra tədricən özünə gəlməkdədi.
"Football-plus.az" xəbər verir ki, əvəzində “Edmonton”un kapitanı Konnor Makdevid az qala bütün rekordları alt-üst etməkdədi. O, “Toronto” ilə oyunda (5:2) “qol+ötürmə” sistemi üzrə 3 (2+1) xal topladı və oyunun əsas ulduzu sayıldı. 26 yaşlı kanadalı forvard ardıcıl 5-ci oyunda ən azı iki qol vurmaqla Ueyn Qretskinin belə oyunların sayına görə müəyyənləşdirdiyi klub rekordunu (1984/85 mövsümündə ardıcıl 4 oyunda fərqlənib, 9 qol vurub) yenilədi. Konnor həmçinin MHL tarixinə ardıcıl 5 və daha artıq belə oyun keçirən 5-ci hokkeyçi kimi düşdü. Bu siyahıda Co Meloun (“Hamilton”, 1920/21 mövsümü, 6 oyun, 16 qol), Panç Brodbent (“Ottava”, 1921/22 mövsümü, 6 oyun, 14 qol), Mario Lemye (“Pittsburq”, 1988/89 mövsümü, 5 oyun, 11 qol) və Aleksandr Mogilnının (“Baffalo”, 1992/93 mövsümü, 5 oyun, 13 qol) adı var.