Azərbaycanlı idmançı Almaniyada medal qazandı

10.12.2022 16:53 270
İdman
Azərbaycanın bədii gimnastı Alina Məmmədova Almaniyanın Leverkuzen şəhərində keçirilən "4-cü Qış Kuboku" yarışlarında gümüş medal qazanıb.

Football-plus.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı topla hərəkətlərdə ikinci yeri tutub.

Xatırladaq ki, turnirdə Leyli Ağazadə və Fidan Aladinova da mübarizə aparır. “4-cü Qış Kuboku” dekabrın 12-də başa çatacaq.