“Formula-1” üzrə dünya çempionatında yarışacaq 10 komandanın hamısı yeni iştirakçılar üçün giriş ödənişinin artırılmasında israr edirlər.
Bu haqda xəbəri “Autosport” öz qaynaqlarına istinadla yayıb. Bu qaynaq iddia edir ki, girişhaqqının məbləği 200 milyon dollardan 600 milyon dollara qaldırılacaq. Daha bir maraqlı detal odu ki, bu, köhnələrin müzakirə etdiyi ən aşağı məbləğdi. Komandalardan birinin rəhbəri “Autosport”a deyib ki, məbləğ üç dəfə yox, daha çox artırılmalıdı.
Xatırladaq ki, “Formula-1”də yeni mövsüm həftəsonu Bəhreyndə start götürəcək. Hələ dəqiqləşməsə də, növbəti mövsümlərdə 10 yox, artıq 11 və ya 12 komandanın yarışması gözlənilir. Dünya çempionatının iştirakçıları sırasına “Andretti”nin qoşulacağı deyilir.