"Football-plus.az" olaraq, qarşılaşma və hazırlıq ilə bağlı "Forza Neftçi"nin üzvü Səccad Abasovun fikirlərini öyrəndik:
“Təəssüf ki, bu rəqiblə son oyunlarda “Neftçi” bizi sevindirmir. Komanda zəifləyib. Böyük inam və həvəslə getdiyimiz qarşılaşmalardan qəmgin ayrılırıq. İnanıram ki, bu dəfə qələbə həsrətinə son qoyulacaq. Biz də yerimizi tutacağıq. Çünki bizim üçün rəqibin fərqi yoxdu. Motivasiyamız, inamımız və qələbə eşqimiz “Neftçi”dən yanadı”.
KƏNAN BAHADIR



