• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hakimlər titul uğrunda mübarizəyə xələl gətirirlər - TƏHLİL

Dünya futbolu

26-02-2023, 18:0

İngiltərə futbolunda hakimliklə bağlı problem var. Son vaxtlar bu planda qeydə alınan faktlar belə düşünməyə əsas verir.

Əlbəttə, ölkə çempionatının ən yüksək divizionunda baş verən hakim səhvləri diqqəti daha çox cəlb edir. Premyer-liqada elə bu ay keçirilən matçda baş verən biabırçılığı xatırlatmaq kifayətdi.

Ofsayd xətlərini çəkməyi unutdu
Li Meysonun premyer-liqanın 24-cü turunun oyunlarına təyinat almadığını xəbər vermişdik. Buna hakimə videoköməkçi (VAR) otağında olan hakimin ciddi səhvə yol verməsi səbəb olub. O, 23-cü turun “Arsenal” – “Brentford” matçındakı (1:1) səhvinə görə belə cəzalanıb. Meyson fevralın 11-də keçirilən oyunda “Brentford”un cavab qolu zamanı səhvə yol verib: 74-cü dəqiqədəki qol epizodunda ofsaydı aşkarlaya bilməyib və Ayven Touninin qolu qeydə alınıb. Nəticədə liqanın lideri olan “Arsenal” evdə iki xal itirib.

Premyer-liqada hakimliyə cavabdeh olan PGMOL-un məlumatına görə, Meyson ofsaydı aşkarlamaq üçün kompüter qrafikası ilə lazımi xətlərin çəkilməsini unudub. Araşdırmadan sonra onun ciddi səhv etdiyi məlum olub.

Uebb məşqçilərin vaxtını boş yerə alır
İtaliyalı Roberto De Zerbi İngiltərəyə bir neçə ay əvvəl gəlsə də, “Çelsi”yə yollanan Qrehem Potterin keçmiş komandasının “ipini ələ ala bilib”. Son 6 turda yalnız bir dəfə uduzan “Brayton” avrokuboklara vəsiqələrdən birinə iddia edir. De Zerbi son turda “Fulhem”ə evdə 0:1 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında özünə yer tapa bilmirdi: “Hakimlərdə oyuna nəzarəti əldə saxlamaq üçün xarakter çatmır. Bir gün Hovard Uebb ilə görüşməklə vaxtını boş yerə itirmişəm. Bir də belə səhvə yol vermərəm. Mən İngiltərəyə iclaslarda axmaq vəziyyətinə düşmək üçün gəlməmişəm”.

Premyer-liqanın Hakimlər Komitəsinin rəhbəri olan Uebb kobud hakim səhvlərinə görə “Brayton” və “Arsenal”dan rəsmən üzr istəyib. Həqiqət budu ki, o, indi vəzifəsinin öhdəsindən gələ bilmir. “Mançester Yunayted”ə fanatlıq edən dazbaş polis (onun ilk peşəsi asayiş qoruyucusu olub) son vaxtlar hakim səhvlərinə görə həddən artıq tənqidərlə üzləşir.

Zarafat deyil, rütbəsi serjant olan Uebb Cənubi Afrikada 2010-cu ildə keçirilən dünya çempionatının finalını idarə edib. Həmin matçda ilk dəqiqələrdən vərəqələri sağa-sola “fırlatsa” da, ilk hissədə Xabi Alonsonun sinəsinə ayağı ilə zərbə endirən Naycel de Yonqu meydandan qovmadığına görə tənqid olunub. İngilis referi onda meydanda düzgün mövqe tutmadığı üçün epizodu görməməsi ilə özünə bəraət qazandırmışdı. VAR sistemi isə Afrikadakı mundialda yox idi.

İndi isə Uebbin komandasına daxil olanlar komandaların və azarkeşlərin əsəbləri ilə oynayırlar. Premyer-liqada bu il keçirilən bir sıra matçlarda hakimlərin qərarları kəskin narazılıq doğurub. Bir neçə turda onların möcüzəvi səhvləri ilə bağlı siyahı formalaşıb. Əksər səhvlər avrokuboklara vəsiqə qazanmağa çalışan komandaların oyunlarında qeydə alınıb. Amma “Arsenal”ı uzun illərdən sonra ölkə çempionluğuna daşımaq istəyən Mikel Artetanın dili ilə ifadə etsək, üzrxahlıq xalları geri qaytarmayacaq.

Premyer-liqa dünyanın ən dəyərli ölkə çempionatıdı. Bu liqada yol verilən hakim səhvlərinin mənfi təsiri daha geniş əks-səda doğurur. Axı səhvlər turnirin qalibinə və ya Çempionlar Liqasına ayrılan 4 vəsiqəyə iddia edənlərə zərbə vurur. “Arsenal”ın ofsayd xətlərini çəkməyi unudan VAR hakiminə görə iki dəyərli xal itirdiyi faktdı.

İngiltərəli hakimlərin məyusedici cəhətləri
51 yaşlı Uebb vaxtilə polis serjantı olub, onun nisbətən gənc həmkarları isə yalnız futbol hakimi kimi fəaliyyət göstərirlər. Bu hakimlərə yüksək məbləğdə qonorar ödənilir. Premyer-liqanın oyunlarına təyinat alan ədalət təmsilçiləri, adətən, həvəskar səviyyədə işləyən arbitrlərdən fərqli fiziki təzyiqlərdən qorunurlar. Doğrudu, çirkin hədələrlə bağlı az sayda olsa da, faktlar var. Məsələn, kəskin tənqidlərə tab gətirə bilməyən Mayk Din karyerasını başa vurmuşdu. Amma buna yol açan səbəblər var. Ən yüksək səviyyəli və çətin liqada işləyən hakimlərin heç də hamısı oyunun sürətinə, böyük eqosu olan ulduz futbolçular üzərində nəzarətə, qaydaların yeni təfsirini tam anlamağa və VAR sistemində çalışmağa hazır deyil.

Həm də çoxlarına yaş amilinə görə bəraət qazandırmaq lazım deyil. “Arsenal”ın iki xalına bais olan Meyson karyerasını 51 yaşında başa vurub. Sonra özü kimi veteranlara VAR sistemində iş üçün təlim keçib. Hətta Pol Tirni, Maykl Oliver və Entoni Teylor kimi təcrübəli hakimlərin də öyrənməyə və inkişaf etməyə ehtiyacı var.

Premyer-liqada komanda sayı qədər referi var. Amma oyunlara daha çox təyinat alanlar 20 deyil, 13 nəfərdi. Özü də onlar arasında bu baxımdan lider tapılmır. Oliver bir müddət əvvəl Qətərdə işləyib. Amma bu ölkədə həmkarları ilə birlikdə problemli idarəçiliklə də yadda qalıb. Əlbəttə, FİFA DÇ-2022-nin Argentinanın iştirakı ilə keçən finalını uzun illər əvvəl Böyük Britaniya ilə bu ölkə arasında baş verən adalar uğrunda müharibəyə görə ona həvalə edə bilməzdi. Amma məyusedici fakt odu ki, indi premyer-liqada, bir az pis çıxmasın, yaraşıqsız Oliverdən səviyyəcə üstün referi yoxdu. Onun əsas müsbət cəhəti öz qərarında inadkar olmasıdı. İndiyədək videotəkrarlarla bağlı bir dəfə də həmkarlarından gələn işarəyə məhəl qoymayıb. Hərçənd İngiltərədə hakimlər VAR otağından gələn siqnala görə əksər hallarda qərarını dəyişirlər.

Hazırkı sədr vəziyyəti düzəltməyəcək
Uebb yaxın keçmişdə ABŞ və Səudiyyə Ərəbistanında işləyib, amma premyer-liqada tələblər daha yüksəkdi. Əlbəttə, onun bütün ideyalarına “pis” təyini ilə damğalamaq olmaz. Məsələn, sabiq futbolçuları hakimliyə çağırır. İstəyir ki, meydanda bu vəya digər epizodları oyunçu gözü ilə dəyərləndirənlər də olsun.

Və eyni zamanda Uebbin rəhbərliyi altında olan hakimlər mövsümboyu hoqqa çıxardırlar. Ötən ilin sentyabrında həmin Meyson daha bir qalmaqalın mərkəzində dayanmışdı. VAR otağından “Nyukasl” – “Kristal Pelas” matçında vurulan “təmiz” qolu ləğv etmişdi. Məşqçilərlə futbolçular arbitrlərin belə səhvlərini uzun müddət unutmurlar. Onlar nə qədər ki xarizmaya malik deyillər, qarşı tərəfdən də hörmət gözləyə bilməzlər.

Ofsayd xətlərinin unudulması, “Çelsi” – “Vest Hem” oyununda əllə oyuna göz yumulması bu mövsüm qeydə alınan nöqsanlardan bir neçəsidi. Həmin otaqdan siqnal almayan Stüart Atvell fevralın 19-da keçirilən “Mançester Yunayted”in “Lester”lə ev oyununda (3:0) qolla nəticələnən hücumuna çox yaxın idi. Amma meydan sahiblərinin oyunçusu Marsel Zabitserin qırmızı vərəqəyə layiq hərəkətini görmədi. Əlbəttə, stop-kadra görə mühakimə yürütmək lazım deyil. Videotəkrar zamanı avstriyalı yarımmüdafiəçinin butsunun alt hissəsinin rəqibin ayağına necə dəydiyi aydın görünürdü. Ancaq dinamikada bu epizod bir qədər fərqli nəzərə çarpır. Amma peşəkar referilər matçdan sonra video əsasında yalnız bir versiya irəli sürürlər. Həmin epizodun təkrarına baxılmalı və Zabitserə qırmızı vərəqə göstərilməli idi. MY-nin oyunçusunun zərbəsi birbaşa ayağa yönəlmişdi.

Birbaşa ayağa zərbə, rəqibə butsun altı ilə toxunmaq ona xəsarət yetirmək riski kimi dəyərləndirilir. Deməli, meydandan qovulma olmalıdı. Amma Atvell Zabitserə heç sarı vərəqə də göstərməyib. Əlbəttə, MY “Lester”i 10 nəfərlə qalandan sonra da məğlub edə bilərdi. Amma söhbət konkret klublardan və ayrı-ayrı qərarlardan getmir. Məsələ ədalətsizliklə bağlıdı. Həm də VAR-la hakimliyin pis reklamı ilə...

Hakimlər də daim məşq etməlidilər
Uebbdə klublarla referilər arasında kommunikasiya yaratmaq və tənqidlərlə dolu söz-söhbəti lazımi səviyyədə olmayan hakimlərin səhvlər toplusunun aydınlaşdırılmasına yönəltmək üçün cazibə qüvvəsi çatmır. Görün, iş nə yerə gəlib çatıb ki, Yürgen Klopp hakim səhvlərinin öz komandasının xeyrinə olduğunu etiraf edir. İngiltərəli referilər heç də yalnız bu mövsüm “yolunu azmayıblar”. Amma britaniyalılar 1996-2009-cu illərdə ən yüksək liqada fit çalmış Maykl Raylinin istefasıyla bağlı məsələni çox gecikdirmişdilər. Hakimlər Komitəsinin sabiq rəhbəri videotəkrarların tətbiq olunmadığı dövrdən yeni mərhələyə keçid prosesində uğursuzluğa düçar olmuşdu. Onun xələfi Uebb də işinin öhdəsindən layiqincə gələ bilmir. Onu daha çox narahat edən məsələ hakimliyin səviyyəsi deyil, almaniyalı qadın həmkarı Bibiana Ştaynhausla yaşadığı roman idi.

Premyer-liqa hakimlərin yarıtmaz işinə görə çıxılmaz vəziyyətə düşüb. “Mançester Siti” yekun cədvəldə “Arsenal”ı yalnız 1 xal arxada qoysa, “ədalət təmsilçiləri”nin Mikel Artetanın komandasının qanuni titulunu oğurladıqları məlum olacaq. Yalnız ispaniyalı mütəxəssis və futbolçular deyil, həm də “topçular”ın dünyanın dörd bir yanında yaşayan on milyonlarla pərəstişkarı da özünü soyğuna məruz qalmış kimi hiss edəcək.

Hakimlər matçlara hazır olub-olmadıqlarını böyük ölçüdə unudaraq şikayətlərə daha çox konsentrasiya olurlar. Şayiələrə inansaq, Uebb həmkarlarına qərarların dəqiqliyini onların qəbulunun sürətinə dəyişmək göstərişini verib. Vəziyyətdən çıxış yolu kimi Hakimlər Komitəsinin rəhbəri vəzifəsinə fanatlar və klublarla problem yaşamayan birini axtarmaq daha doğru olar. Bu posta ən məşhur adamı təyin ediblər, amma hakimlərə ədalət prinsiplərini bilən və pedaqoji istedada malik qalmaqallardan uzaq olan sədrin başçılıq etməsi vacibdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-02-2023, 11:0

Həm ''Arsenal''ın, həm də özünün ''evini yıxdı''

Dünya futbolu

16-06-2022, 14:0

Premyer-liqanın təqvimi müəyyənləşdi

Dünya futbolu

10-08-2022, 14:0

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

Aktual
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
Son xəbərlər
  • Bu gün, 20:02
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Bu gün, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Bu gün, 18:32
    Parisi tərk edəcək
  • Bu gün, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Bu gün, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Bu gün, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Bu gün, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Bu gün, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Bu gün, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Bu gün, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Bu gün, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Bu gün, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Bu gün, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Bu gün, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Bu gün, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Bu gün, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Bu gün, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Bu gün, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Bu gün, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Bu gün, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Bu gün, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Bu gün, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Bu gün, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Bu gün, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə