Sovet İttifaqı qəhrəmanının adını daşıyan arenada bütün işlər ötən ilin dekabrında yekunlaşsa da qapıları hələ də bağlıdı. Sumqayıtlılar sərbirsizliklə stadionun açılışı gözləsə də, hələ ki, bu yöndə yeni xəbər yoxdu. Bəs açılış nə vaxta planlaşdırlır? Bu suala aydınlıq gətirmək üçün arenanın direktoru Nadir Nadir Quliyevlə əlaqə saxladıq.
İdman qurğusunun direktoru Footbal-plus.az saytına açıqlamsında bunları söylədi:
“Bildiyiniz kimi stadionda bütün işlər başa çatıb. Ancaq açılışın nə vaxt olacağını deyə bilmərəm. Ötən dəfə də sizə açılışda ölkə başçısının iştirak edəcəyi gözlənildiyini bildirmişəm. Görünür, bu arada cənab Prezidentin iş qrafiki gərgindi. Bu səbəbdən stadionun açılışına vaxt ayıra bilmir. Gözləyirik. Yenə təkrarlayıram, artıq bütün işlər başa çatıb”.
RƏŞAD

