Berlin "Union"unun yarımmüdafiəçisi Rani Xedira komandadan ayrıla bilər.
Football-plus.az xəbər verir ki, o, Avropanın bir neçə top-klubunun hədəfindədi. Orta xətt oyunçusu ilə “Everton”, “Lester”, “Liverpul”, “Nyukasl”, “Tottenhem”, “Vest Hem” və “Vulverhempton” maraqlanır.
Onun klubla müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Yarımmüdafiəçinin transfer qiyməti 8 milyon avrodu.