Santyaqo Aryas özünə yeni klub tapıb. O, futbolçu həyatını ABŞ-də davam etdirəcək.
Football-plus.az xəbər verir ki, ötən yay “Atletiko” ilə müqaviləsi qüvvədən düşən 31 yaşlı futbolçu “Sintsinnati” ilə anlaşıb. Kolumbiyalı müdafiəçi madridlilərə 2018-ci ildən məxsus olsa da, son iki mövsümü icarə qaydası ilə “Bayer-04” və “Qranada”da keçirib. “Atletiko”da bütün turnirlərdə keçirdiyi 51 oyunda 1 qol vurub 3 məhsuldar ötürmə edən Santyaqonun Avropada “Sportinq” (Portuqaliya) və PSV-də oynadığını da xatırladaq.