“Anahaym”ın qapıçısı Con Gibson bazar ertəsi tarixə düşdü.
Football-plus.az xəbər verir ki, o, 1963-cü ildən bəri MHL-də bir ay ərzində keçirilən iki oyunda 50-dən artıq zərbəsinin qarşısını alan ilk qapıçıdı.
29 yaşlı amerikalı fevralın 10-da – “Pittsburq” ilə oyunda (3:6) 53 seyv etmişdi, fevralın 20-də keçirilən “Florida” ilə oyunda (3:4 OT) isə 51 seyvlə yadda qaldı. Əvvəllər yalnız iki qapıçı belə statistikanın aparıldığı 1955/56 mövsümündən bəri oxşar nəticə göstərməyi bacarmışdı.
1955-ci ildə El Rollins (Çikaqo), 1963-cü ildə isə Hamp Uorsli (Reyncers) bir ay ərzində iki oyunda 50-dan artıq zərbə qaytarmışdı.