• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Turan Tovuz” Masazır(d)a şok yaşatdı - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 22:0

Turun mərkəzi oyunu Zirədə keçirilsə də, həftəsonunun sürpriz nəticəsi Masazırda qeydə alındı.

Demək olar ki, hamı matçın favoriti kimi meydan sahiblərini görürdü. Cari mövsümdə Murad Musayevin yetirmələrinın passivində yalnız bir məğlubiyyət var idi. Öz meydanında isə “bayquşlar” heç kimə boyun əyməmişdi. Lakin tovuzlular bu statistikanı dəyişməyə nail oldu.

İlk qol “Sabah”ın müdafiəçilərinin kobud səhvindən sonra vuruldu. Arxa xətt oyunçularının “yatmasından “ istifadə edən Oduva Yusiflə təkbətək çıxaraq hesabı açdı. İlk qolda Ayxanın ideal ötürməsini də xüsusi qeyd etmək lazımdı. Məhz o meydanın dərinliyindən verdiyi ara ötürməsi ilə ingiltərəli futbolçunu qolkiperlə duelə göndərdi. Matçın sonrakı axarı göstərdi ki, qonaqların ilk qolu heç də təsadüf nəticəsində vurulmayıb. 35-ci dəqiqədə “boz qurdlar” hesab arasındakı fərqi artıra bilərdi. Elvin Camalov Oduvanın zərbəsinin qarşısını əli ilə kəsdi ki, hakim haqlı olaraq penalti nöqtəsini göstərdi. Yeri gəlmişkən, hakimin bu qərarı “Sabah”ın baş məşqçisini özündən çıxardı. Musayevin fikrincə, “Turan Tovuz”un futbolçusu cərimə meydançasına daxil olmamış Amin Saydiyevə qarşı qayda pozuntusuna yol vermişdi. Ancaq epizodun təkrarına baxanda da görünür ki, Seydiyev təmasdan yox, sadəcə, mübarizə zamanı uğursuz hərəkətdən yerdə qalır. Nəticədə hakimə qarşı aqressiv davarnışa görə Musayev matçın qalan dəqiqələrini tribunadan izləməli oldu. Maraqlıdı ki, qonaqlar 11 metrlik zərbəni qola çevirə bilmədilər. Ancaq bu da "bayquşlar"ı ruhlandırmadı. Ümumiyyətlə, bazar günü nədənsə meydan sahibləri görməyə adət etdiyimiz oyunu nümayiş etdirmədi. “Sabah” 90 dəqiqə ərzində cəmi iki real qol vəziyyəti yaratdı ki, ondan da yararlana bilmədi. 64-cü dəqiqədə Ayxan bəyin yetirmələri hesab arasında fərqi iki topa çatdırdı. Bu dəfə Pusinin ötürməsindən sonra penaltini boşa verən Ayxan fərqləndi. Bu qol həm də oyunun yekun nəticəsini müəyyənləşdirdi.

Gözlənilməz məğlubiyyət “Sabah”ı növbəti dəfə lider “Qarabağ”dan 8 xal aralı saldı. Bu isə, heç şübhəsiz, birinci yer uğrunda mübarizədə intriqanın xeyli azalması deməkdi.

Gözdən qaçmadı
* Hakimin Murad Musayevə qırmızı vərəqə göstərməsi onu özündən çıxardı. Qərardan narazı qalan rusiyalı mütəxəssis Kamal Umudlunun üstünə şığısa da, köməkçiləri onun qarşısını çətinliklə aldı. Texniki zonadan uzaqlaşdırılan “Sabah”ın çalışdırıcısı oyunun qalan hissəsini tribunadan izlədi.
* Matç başa çatandan sonra paltardəyişmə otağında “Turan Tovuz”un futbolçularının sevincini görməyə dəyərdi. Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullyev və sponsoru, “Huner Group”un rəhbəri Ehtiram Quliyevin təbrik üçün paltardəyişmə otağına girməsi sevinc üstünə sevinc gətirdi.
* Tovuzdan gələn azarkeşlər 90 dəqiqə dayanmadan sevimli komandalarını dəstəklədilər. Matçdan sonra isə fanklubun fəallarından bir neçəsi klubun icraçı direktoru Nadir Nəbiyevi əhatəyə aldı.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

12-10-2022, 21:0

“Səbail” autsayderlər qrupundan uzaqlaşdı - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

7-11-2022, 16:0

Samir Abasov siftə etdi, Ayxan Abbasov azarkeşlərə mesaj göndərdi - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

19-02-2023, 19:0

Murad Musayev: "Hakim bu gün çox ədalətsiz qərarlar verirdi"

Premyer-liqa / Manşet

1-11-2022, 13:0

“Turan Tovuz” “avrokubok zonası”na yaxınlaşır - TURUN ŞƏRHİ

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 251
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 243
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə