“Napoli”nin bazar günü keçirilən və azarkeşlər üçün açıq olan məşqində insident baş verib.
Football-plus.az xəbər verir ki, baş məşqçi Luçano Spalletti Viktor Osimheni məşqdən qovub.
İtaliya mənbələrinin yaydığı xəbərə görə, buna nigeriyalı hücumçunun komandanın yeni oyuçusu Leo Ostiqardla sərt şəkildə mübahisə etməsi səbəb olub. Norveçli müdafiəçi məşq zamanı Osimhenə qarşı kobud oynayıb. Bundan sonra tərəflər arasında qarşıdurma yaranıb. Spaletti 23 yaşlı hücumçunun sakitləşmədiyini görüb və onu məşqdən duş otağına yollayıb.
Osimhen məşqdən niyə qovulub?
Dünya futbolu

