"Görüş ərzində düzgün qərarlar verdik" - Milan Şkrinyar

23.09.2022 12:29 331
Yığma
“Sürətli oyun nümayiş etdirdik. Görüş ərzində düzgün qərarlar verdik. Hər iki hissədə rəqibi təzyiq altında saxladıq".

"Football-plus.az" xəbər verir ki, bu sözləri Slovakiya millisinin kapitanı Milan Şkrinyar UEFA Millətlər Liqasının 5-ci turunda ötən gün yığmamıza uduzduqları oyun (1:2) haqda danışarkən deyib.

Milan "İnter"inin müdafiəçisi Slovakiya görüşdən sonra verdiyi açıqlamada oyun boyu millimizdən üstün olduqlarını və nəticənin məyusedici olduğunu bildirib:

"Topa nəzarət bizdə oldu. Bu, işimizə yarayırdı. Artıq meydanın rəqibə aid hissəsində topu qazanırdıq. İkinci hissədə çox yaxşı oyun sərgilədik. Lakin ümumilikdə nəticə məyusedicidi”.